İƏT-in beyin mərkəzləri Bakıda bir araya gəldilər
Tarix: 01.10.2014 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun yaranmasının 50 illiyi tamam olur. İnstitut Azərbaycanda iqtisadi inkişafın elmi əsaslarını praktiki olaraq işləyən ilk tədqiqat müəssisəsidir. 1969-cu ildə ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi ilə digər sahələrdə olduğu kimi, iqtisadiyyatın inkişafında da yeni dövrün əsası qoyuldu. Bütün bunlar isə institutun fəaliyyətində canlanma yaratdı, elmi-tədqiqat işlərinin sayı artmağa, səmərəliliyi yüksəlməyə başladı. 1977-ci ildə institutun yeni binası istifadəyə verildi, maddi-texniki baza¬sı və kadr potensialı möhkəmləndirildi. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə ölkə rəhbərliyinə yenidən qayıdışı bütün sahələrdə olduğu kimi, elmi-tədqiqat işlərinin təşkili və idarə olunmasında, o cümlədən institutun fəaliyyətində ciddi dəyişikliklərə səbəb oldu. İnstitut keçid şəraitində ölkənin iqtisadi inkişaf siyasətinin elmi əsaslar üzərində qurulmasını təmin edən elmi-tədqiqat müəssisəsi kimi İqtisadi İslahatlar Mərkəzi adı ilə yenidən formalaşdırıldı. Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə- davamlı inkişaf mərhələsinə qədəm qoymasını təmin edib. Təbii ki, yeni inkişaf mərhələsi iqtisadi siyasətin elmi əsaslarının işlənməsi sahəsində yeni tələblər qarşıya qoyur. Bunu nəzərə alaraq, ölkədə əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin olunması istiqamətində elmi əsasların işlənilməsinin gücləndirilməsi məqsədi ilə 2006-cı ildə Azərbaycan Elmi-Tədqiqat, Elmi-Texniki İnformasiya və Texniki Tədqiqatlar İnstitutu və İqtisadi İslahatlar Mərkəzinin bazasında İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu yaradıldı. İnstitutda aparılan elmi tədqiqatlar Azərbaycanda iqtisad elminə, eləcə də ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verib, yüzlərlə alim və dövlət xadimi müxtəlif vaxtlarda bu elmi-tədqiqat müəssisəsində çalışıb. Bu ilin oktyabrın 2-də institutun 50 illiyi tamam olur. Oktyabrın 1-də keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu və “Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf” mövzusunda 2-ci Beynəlxalq Konfrans da İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun 50 illik yubileyinə həsr olunub. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT), “EcoMod Network” şirkətinin və “EKO” Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forum-Konfransda İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, 21 ölkədən nümayəndə tədbirə qatılıb, 26 ölkədən 200-ə yaxın məqalə təqdim edilib. Tədbirdə iştirak etmək məqsədilə Bakıda səfərdə olan İƏT-ə üz ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzüblər. İƏT-ə üz ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Forum-konfransda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Forumunun institutun 50 illik yubileyinə həsr edildiyini vurğulayıb, bu elmi-tədqiqat müəssisəsinin Azərbaycan iqtisadiyyatının elmi əsaslarının işlənməsindəki uğurlu fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidentinin elmin inkişafına göstərdiyi diqqət İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə öz müsbət təsirini göstərib. Bu gün də institut Azərbaycanda həyata keçirilən davamlı sosial-iqtisadi siyasətə uyğun analitik elmi-tədqiqat işləri aparır, gələcək iqtisadi inkişaf istiqamətlərinin elmi əsaslarının hazırlanmasında fəal iştirak edir. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu İƏT-in İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun yaranmasının, Beyin Mərkəzləri Forumunun təsis olunmasının, İƏT-in “İqtisadiyyat” jurnalının redaksiya heyətinin formalaşmasının əsas təşəbbüskarlarındandır. Şahin Mustafayev qeyd edib ki, Azərbaycan İƏT-lə əməkdaşlığa önəm verir və təşkilatın üzv ölkələrdə uğurlu fəaliyyətində maraqlıdır. İqtisadi əməkdaşlığın genişləndirilməsi və ticarət əlaqələrinin artırılması üçün Azərbaycan İƏT-ə üzv ölkələrlə 10-dan çox müxtəlif sənəd imzalayıb. Bu isə Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə həyata keçirilən infrastruktur və iqtisadi layihələrdə fəal iştirakına şərait yaradıb. Azərbaycan İƏT çərçivəsində təkcə iqtisadi sahədə deyil, həmçinin sosial, elmi, mədəni və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Bu baxımdan iqtisadi beyin mərkəzləri arasında əməkdaşlığın inkişafı, bu məqsədlə forum və konfransların keçirilməsi əhəmiyyətlidir.
İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndiyini və bu prosesin davamlılığı məqsədilə yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov, Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, “EcoMod Networking” şirkətinin prezidenti Əli Bayar, İslam Dövlətləri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş katibi Savaş Alpay çıxışlarında İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzləri arasında elmi əməkdaşlığın gücləndirilməsi sahəsində görülmüş işlərdən və əldə edilmiş nəticələrdən, iqtisadi beyin mərkəzlərinin əməkdaşlığı sahəsində gələcək fəaliyyətin iqtisadi siyasətdə və regional inteqrasiyada əhəmiyyətindən bəhs etmiş, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda aparılan tədqiqat işlərini müsbət qiymətləndiriblər.
Konfrans enerji və ətraf mühit, investisiya və sosial mövzularında sessiyalarla davam edib. Sessiyalarda İƏT-ə üzv ölkələrin, həmçinin tədbirdə iştirak edən digər ölkələrin ekspertlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.
3 gün davam edəcək konfrans çərçivəsində sosial-iqtisadi inkişaf, sənaye, innovasiyalar, kənd təsərrüfatı, regional inteqrasiya, enerji, ticarət, investisiya mövzularında sessiyalar, sənaye, modelləşdirmə, tədqiqatlar və inkişafa dair dəyirmi masalar keçiriləcək.
Tədbirdə iştirak etmək məqsədilə Bakıda səfərdə olan İƏT-ə üz ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, abidəsi önünə çiçək dəstələri düzüblər. İƏT-ə üz ölkələrin iqtisadi beyin mərkəzlərinin rəhbərləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Forum-Konfransda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Forumunun institutun 50 illik yubileyinə həsr edildiyini vurğulayıb, bu elmi-tədqiqat müəssisəsinin Azərbaycan iqtisadiyyatının elmi əsaslarının işlənməsindəki uğurlu fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezidentin elmin inkişafına göstərdiyi diqqət İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə öz müsbət təsirini göstərib. Bu gün də institut Azərbaycanda həyata keçirilən davamlı sosial-iqtisadi siyasətə uyğun analitik elmi-tədqiqat işləri aparır, gələcək iqtisadi inkişaf istiqamətlərinin elmi əsaslarının hazırlanmasında fəal iştirak edir. İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu İƏT-in İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun yaranmasının, Beyin Mərkəzləri Forumunun təsis olunmasının, İƏT-in “İqtisadiyyat” jurnalının redaksiya heyətinin formalaşmasının əsas təşəbbüskarlarındandır. Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan İƏT-lə əməkdaşlığa önəm verir və təşkilatın üzv ölkələrdə uğurlu fəaliyyətində maraqlıdır. İqtisadi əməkdaşlığın genişləndirilməsi və ticarət əlaqələrinin artırılması üçün Azərbaycan İƏT-ə üzv ölkələrlə 10-dan çox müxtəlif sənəd imzalayıb. Bu isə Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə həyata keçirilən infrastruktur və iqtisadi layihələrdə fəal iştirakına şərait yaradıb. Azərbaycan İƏT çərçivəsində təkcə iqtisadi sahədə deyil, həmçinin sosial, elmi, mədəni və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Bu baxımdan iqtisadi beyin mərkəzləri arasında əməkdaşlığın inkişafı, bu məqsədlə forum və konfransların keçirilməsi əhəmiyyətlidir.
İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndiyini və bu prosesin davamlılığı məqsədilə yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident Administrasiyasının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov, Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, “EcoMod Networking” şirkətinin prezidenti Əli Bayar, İslam Dövlətləri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş katibi Savaş Alpay çıxışlarında İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzləri arasında elmi əməkdaşlığın gücləndirilməsi sahəsində görülmüş işlərdən və əldə edilmiş nəticələrdən, iqtisadi beyin mərkəzlərinin əməkdaşlığı sahəsində gələcək fəaliyyətin iqtisadi siyasətdə və regional inteqrasiyada əhəmiyyətindən bəhs edib, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda aparılan tədqiqat işlərini müsbət qiymətləndiriblər. Konfrans enerji və ətraf mühit, investisiya və sosial mövzularında sessiyalarla davam etmişdir. Sessiyalarda İƏT-ə üzv ölkələrin, həmçinin tədbirdə iştirak edən digər ölkələrin ekspertlərinin məruzələri dinlənilmiş, müzakirələr aparılıb.
3 gün davam edəcək konfrans çərçivəsində sosial-iqtisadi inkişaf, sənaye, innovasiyalar, kənd təsərrüfatı, regional inteqrasiya, enerji, ticarət, investisiya mövzularında sessiyalar, sənaye, modelləşdirmə, tədqiqatlar və inkişafa dair dəyirmi masalar keçiriləcək.


İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info