Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqə elan edir
Tarix: 01.10.2014 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Azərbaycanda “Elektron hökumət” mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda publisistik məqalə və video süjet müsabiqəsi elan edir. Müsabiqə “Mənim E-hökum@im” adı altında “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla 2 (iki) nominasiya üzrə nəzərdə tutulub. Müsabiqənin məqsədi və vəzifələrinə gəldikdə:
- Dövlət orqanlarının təqdim etdiyi elektron xidmətləri geniş kütləyə çatdırmaq;
- Elektron hökumət portalının (e-gov.az) populyarlığını artırmaq;
- Yeni elektron xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaq;
- Portalın fəaliyyətinin təkmilləşdirilməsi üçün çatışmazlıqları araşdırmaq;
Müsabiqə aşağıdakı mövzuları əhatə etməlidir:
- Elektron Hökumət nədir?
- Elektron Hökumət portalına nə üçün ehtiyacımız var?
- Ölkənizdə Elektron Hökumət necə fəaliyyət göstərir?
- Elektron Hökumətin cəmiyyət üçün faydaları.
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;
- Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;
- Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;
- İfadə vasitələrinin zənginliyi;
- Oxucu üçün informasiyalılıq dərəcəsi;
- Qabaqcıl dünya təcrübəsi ilə müqayisə;
Müsabiqənin “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla 2 (iki) nominasiya üzrə oktyabrın 3-dən, noyabrın 10-u tarixinə qədər keçiriləcək. İştirakçılar məqaləsini müəyyən qəzet, jurnal və ya elektron KİV-də dərc etdirməli, məqalə və süjetin internet ünvanını Təşkilat Komitəsinə (musabiqa@rabita.az.) göndərməlidir. Məqalələrin dərc olunma tarixi qeydiyyat tarixindən sonrakı tarixə uyğun olmalıdır. Yazı və videolar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri “Elektron
Müsabiqənin mükafat fondu:
“Ən yaxşı məqalə” üzrə “Ən yaxşı video material” üzrə
1-ci yer - 2500 manat 1-ci yer - 2500 manat
2-ci yer - 1500 manat 2-ci yer - 1500 manat
3;4;5 yer – noutbuk 3;4;5 yer - noutbuk
Bundan başqa müsabiqədə iştirak edən hər bir iştirakçıya e-imza vəsiqəsi və kart oxuyucu təqdim ediləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info