BMT-nin İnkişaf Proqramının rəhbəri Azərbaycandadır
Tarix: 01.10.2014 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klarkın Azərbaycana səfəri başlayıb.
BMTİP-in mətbuat xidmətindən verilən məlumata görə, o, Heydər Əliyev Beynəlxalq Hava Limanında səfərinin məqsədləri barədə mətbuat qarşısında brifinqlə çıxış edib. Brifinqdə Helen Klark Azərbaycanı orta gəlirli ölkə kimi görməkdən mənmuniyyətini ifadə edib və BMT-nin İnkişaf Proqramı və Azərbaycan arasında strateji əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Səfərin məqsədi qarşılıqlı maraq doğuran sahələrdə mövcud əməkdaşlığın dərinləşdirilməsi, eləcə də Azərbaycan və BMTİP arasında innovativ tərəfdaşlığın yeni imkanlarının tədqiq edilməsidir. Helen Klark 2-3 oktyabrda keçiriləcək IV Bakı Beynəlxalq Humanitar Forumuna qatılacaq və tədbirin açılış mərasimində çıxış edəcək. O, yüksək səviyyəli hökumət rəsmiləri, qadın siyasətçilər, BMT-nin Azərbaycandakı İdarə Heyəti və ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərlə görüşəcək.
BMTİP rəhbəri həmçinin Sumqayıt şəhərini də ziyarət etməyi planlaşdırır. O, BMTİP və Norveç hökumətinin birgə layihəsi çərçivəsində yaradılan SYSLAB Mərkəzi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılan və orta gəlirli eləcə də aşağı gəlirli ölkələrlə bölüşmək üçün unikal bir təcrübəyə malik ASAN Xidmətlə tanış olacaq.
Qeyd edək ki, Helen Klark 2009-cu ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri təyin olunub və təşkilatın ilk qadın rəhbəridir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
22.01.2019
Əli Abdalov Mehman Hüseynovla barışıb
22.01.2019
Dünya İqtisadi Forumu işə başlayıb
22.01.2019
Tükənməyən bəhanələr
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu mitinqlə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info