İtaliyalı media nümayəndələri Mətbuat Şurasında olublar
Tarix: 01.10.2014 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Bu gün Mətbuat Şurasının(MŞ) sədri Əflatun Amaşov ölkəmizdə səfərdə olan italiyalı media nümayəndələri - İtaliya Mətbuat Şurasının üzvü, «Terra» qəzetinin rəhbəri Sercio Bellucci və «İl sole domenika» qəzetinin baş redaktoru Armando Massarentti ilə görüşüb. MŞ-nin ofisində baş tutan görüşdə avropalı qonaqlara şuranın iş prinsipləri barədə məlumat verilib.
Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılıb. Əsas fəaliyyət missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarət olan MŞ ötən müddətdə bir sıra nüfuzlu beynəlxalq media təşkilatları ilə əməkdaşlıq edib. Mövcud əməkdaşlıq çərçivəsində jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına, söz və ifadə azadlığı sahəsində görülən işlərin daha da sürətləndirilməsinə xüsusi önəm verilib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şuranın şikayətləri araşdırma təcrübəsindən ətraflı söz açıb.
İtaliyalı qonaqlar İtaliya Mətbuat Şurasının fəaliyyəti barədə, eləcə də bu ölkədə medianın durumu ilə bağlı məlumatlar veriblər. Mövcud istiqamətdə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tural





 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info