“The National Interest”: “Putin çinlilərin ən çox heyran qaldığı xarici liderdir”
Tarix: 01.10.2014 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


“Pekin Ukrayna böhranında güclü və ağıllı rəqiblə üzləşən Qərbin zəiflik təzahürlərini görürmü?”

“Rusiyalılar üçün Ukraynanı itirmək, çinlilər üçün Tayvanı itirməkdən daha ağırdır”


ABŞ-ın "The National Interest" media qurumu Ukraynada baş verən böhran və bu böhrandan Çinin necə faydalanması, eyni zamanda Çin ekspertlərinin Putinin gücünü təqdir etməsi barəsində maraqlı yazı yazıb. Bu yazıda ABŞ ekspertləri və KİV-inin Rusiya-Çin münasibətlərinin inkişafından təlaşlandığı açıq görünür. Yazıda qeyd edilir: “Ukraynadakı böhran daha intensiv fazaya qədəm qoyur. Qərb strateqlərinin çoxunda belə bir qənaət formalaşıb ki, Avropanın şərqindəki ciddi gərginlikdən hər kəsdən çox Çin qazanır. Məsələn, Çin Rusya ilə qaz məsələsində əlamətdar razılıq əldə edib. Rusiya-amerikan münasibətlərində yeni gərginlik Asiya-Sakit Okean regionunda güc balansının dəyişməsinə və Moskvanı Pekinlə bütün istiqamətlərdə əməkdaşlığı genişləndirməyə vadar edir. Çin, böhranın özünə münasibətdə yetərincə sakit mövqe tutub və sadəcə, böhranın danışıqlar yolu ilə həll olunmasına çalışır. Amma buradan bir əsas məsələ ortaya çıxır. Çin rəhbərləri Putinin aqressiv yanaşmasını kopyalamaqla, öz strategiyalarına dəyişiklik edəcəklərmi? Başqa sözlə, Pekin Ukrayna böhranında güclü və ağıllı rəqiblə üzləşən Qərbin zəiflik təzahürlərini görürmü?

“Rusiya təşəbbüslərə yiyələnib, ABŞ-ın hərbi fəaliyyət variantı yoxdur, Rusiya isə “qorxmur”

Beynəlxalq münasibətlər üzrə görkəmli Çin mütəxəssisi
Wang Jisi 2014-cü ilin iyununda bəyan edib ki, Putin çinlilərin ən çox heyran qaldığı xarici liderdir. Ekspert onu da etiraf edir ki, Putinin populyarlığı “güclü insanın siyasəti” və “dəmir yumruq diplomatiyası” görmək barədə ümumi arzuları əks etdirir.
Başqa bir Çin mütəxəssisi Fan Ukraynadakı böhranın tarixi və mədəni mahiyyətini anlamaq üçün təklif edir ki, Rusiya və Çin arasındakı strateji coğrafiyaya diqqət yetirilsin: “Rusiyalılar üçün Ukraynanı itirmək, çinlilər üçün Tayvanı itirməkdən daha ağırdır. Bu itki daha çox Çinin Xuanxe vadisini və ya Şensi əyalətini itirməsi kimi bir şey ola bilər. Çünki bu ərazilər Çin mədəniyyətinin beşiyidir”. Ekspert qeyd edir ki, SSRİ-nin dağılmasından sonra başlanan NATO-nun genişlənməsi prosesi Rusiya üçün “acı həb” olub, çünki onun strateji məkanı məhdudlaşmağa başlayıb: “Buna görə də Moskva Krımın ilhaqına haqq qazandıra bildi. Bununla sübut etdi ki, Ukrayna müxalifəti düzgün seçki vasitəsindən istifadə etməyib və hakimiyyəti qeyri-qanuni metodlarla ələ keçirib”. Ekspert bildirir ki, Krımın ilhaqı təkcə Putinin qərarı olmayıb, bu, bütün Rusiyanın ümumi qərarı olub.
Ekspertin fikrincə, ABŞ-ın bu böhranda daha az “kozırları” var. O, hazırkı situasiyanı 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu ilə əlaqələndirir. Daha sonra belə bir ritorik sual verir: “O zaman ABŞ Gürcüstana nə real kömək edə bildi?. İndiki böhranda da ötən dəfə olduğu kimi, amerikan aviadaşıyıcısı “Corc Buş” Cəbəllütariq boğazından keçdi, amma bu, sırf simvolik xarakter daşıyırdı”.
Ekspertin fikrincə, Rusiya təşəbbüslərə yiyələnib, ABŞ-ın hərbi fəaliyyət variantı yoxdur, Rusiya isə “qorxmur”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Rusiyada “feyk” xəbər yayanlar cərimələnəcəklər
13.12.2018
Ermənilər islahatlar aparmaq üçün pul tapa bilmirlər
13.12.2018
Paşinyan Rusiya- Ermənistan münasibətlərindəki gərginliyi aradan qaldıra bilmir
13.12.2018
Paşinyan: Hərbi büdcəni artırmaq lazımdır, amma pul yoxdur
12.12.2018
Misir-Azərbaycan Dostluq parkında ulu öndər yad edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info