İranlı nazir: “Azərbaycanla gömrük sahəsində də əlaqələr genişlənib”
Tarix: 01.10.2014 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nazir Şahin Mustafayev iki qonşu ölkə olan Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb. 2014-cü ildə Azərbaycan və İran dövlət başçılarının Davos, Tehran və bu günlərdə Həştərxanda keçirilmiş görüşləri ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfədir. Bu gün Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaradır. Şahin Mustafayev ölkələrimiz arasında gömrük sahəsində də əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd etmiş, bunun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında rolunu vurğulayıb, Biləsuvar-Culfa (İran) dövlət sərhədində buraxılış məntəqəsinin 24 saatlıq iş vaxtına keçməsinin və cümə günləri də işləməsinə dair qərarın təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Azərbaycanla ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda Bakıda keçirilmiş iclasında əldə olunmuş razılaşmaya uyğun olaraq, gömrük əməkdaşlığının genişləndirilməsi üçün işlər bundan sonra da davam etdiriləcək.
İran İslam Respublikasının Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasiyan səmimi qəbula görə təşəkkür etmiş, Azərbaycanda aparılan quruculuq-abadlıq işlərini yüksək qiymətləndirib. Məsud Kərbasiyan son illər digər sahələrdə olduğu kimi, gömrük sahəsində də əlaqələrin genişlənməsini qeyd edərək İran və Naxçıvan arasında viza prosedurlarının sadələşdirilməsinin və müvafiq rüsumun azaldılmasının əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info