Naxçıvan Dövlət Universiteti beynəlxalq layihələrdə uğurla təmsil olunur
Tarix: 01.10.2014 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində ali məktəbin beynəlxalq layihələrdə iştirakının prioritet istiqamətləri və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq beynəlxalq layihələrin dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, tələbələrin xaricdə təhsil alması, yeni informasiya texnologiyalarının tətbiqi, beynəlxalq əlaqələrin inkişafı baxımından əhəmiyyətindən bəhs edib. Rektor bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin qayğısı və dəstəyi ilə dünyanın tanınmış universitetləri ilə əməkdaşlıq, beynəlxalq layihələrə qoşulmaq üçün yaradılan şəraitdən yetərincə faydalanmaq lazımdır. Beynəlxalq təhsil proqramlarına qoşulmaqda, tələbə mobilliyinin artırılmasında məqsəd ali təhsil qurumları arasında tərəfdaşlığı inkişaf etdirmək, qlobal səviyyədə ölkələrarası mənəvi, mədəni əlaqələri möhkəmlətməkdir. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov Naxçıvan Dövlət Universitetində Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olan, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi, NDU-nun Tempus proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 5 layihənin iştirakçısı olması, Türkiyə Respublikasındakı universitetlər ilə dünya universitetləri arasındakı qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan “Mövlana” proqramı çərçivəsində 8 nəfər tələbənin Türkiyədə tibb təhsilini davam etdirməsi barədə ətraflı məlumat verib. Bildirilib ki, Avstriyanın "gain&sustain" ("Əldə etmək və saxlamaq") təşkilatı ilə birgə həyata keçirilən layihələr, “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi təhsilin və tədrisin müasir tələblər səviyyəsində qurulmasına xidmət edir. Yaxın gələcəkdə yeni layihələrin reallaşdırılması nəzərdə tutulur. Naxçıvan Dövlət Universitetinin Pediatriya kafedrasının baş müəllimi, tibb elmləri üzrə fəlsəfə doktoru, MUMEENA layihəsinin yerli koordinatoru Elmar Rzayev MUMEENA - Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi layihəsinin tibb sahəsində təcrübəli mütəxəssislərin hazırlanması baxımından əhəmiyyətindən bəhs etdi. Qeyd olundu ki, MUMEENA Avropada Tibb təhsilinin modelini təqdim edir. Layihədə İngiltərə, Niderland, İspaniya və İtaliyadan olan nümayəndələr təmsil olunur. Naxçıvan Dövlət Universiteti 2012-ci ildən bu proqrama qoşulub. Tibb fakültəsinin qoşulduğu ilk beynəlxalq layihə çərçivəsində fakültə əməkdaşları Avropanın müxtəlif universitetlərində - Niderlandın Utrech, İngiltərənin Leeds, İspaniyanın Granada, Gürcüstanın Tbilisi Dövlət Tibb Universitetində və Ukraynanın Milli Tibb Universitetində keçirilən treninqlərdə iştirak ediblər. Sentyabr ayı layihə koordinatoru və nümayəndələri İtaliyanın Milan şəhərindəki Catdica Del Sarco Coure universitetində treyninq keçiblər. Layihə çərçivəsində əməkdaşlıq gələcəkdə də davam etdiriləcək. Erasmus Mundus layihəsinin koordinatoru, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov Erasmus Mundus (HUMERİA) proqramı çərçivəsində görülən işlərlə bağlı məruzə edərək qeyd edib ki, Erasmus-Mundus Avropa Birliyi universitetləri ilə digər ölkələrin universitetləri arasında mübadilə və əməkdaşlıq əlaqələrini artıraraq dialoq və mədəni əlaqələrin inkişaf etdirilməsini hədəfləyən təhsil və tədqiqat proqramıdır. Naxçıvan Dövlət Universitetinin üzv olduğu konsorsiumlar, 2011-2015-ci illəri əhatə edəcək ALRAKIS və 2013-2017-ci illərdə baş tutacaq HUMERIA layihələri haqqında danışıb. Layihə çərçivəsində Beynəlxalq münasibətlər ixtisası üzrə IV kurs tələbəsi Ağalar Məmmədov Çexiya Respublikasının Masaryk Universitetində, Tərcümə (ingilis-azərbaycan) ixtisası üzrə III kurs tələbəsi Güllü Rəhimova - Rumınyanın Babeş-Bolyai Universitetində iki semestr, Simli alətlər ixtisası üzrə III kurs tələbəsi Dilarəxanım Məmmədli Rumıniyanın George Enescu Universitetində bir semestr ərzində təhsillərini davam etdirəcəklər. Çexiya Respublikasının Masaryk Universitetindən, Polşa Respublikasının Wroclaw Universitetindən olan iki doktorant isə təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirəcəklər. Məruzəçi proqrama qoşulan əməkdaş ölkələr, mübadilə müddəti, tələbələrin iştirak etmək hüquqları barədə tədbir iştirakçılarını məlumatlandırılıb.
“Erasmus +” və yeni imkanlar” məruzəsində məlumat verib ki, 6 müxtəlif proqramı əvəz edəcək “Erasmus +” proqramı Şərq Tərəfdaşlığı ölkələri universitetlərinin tələbə və əməkdaşlarının Avropada təhsil almaq və ya təlim keçmək imkanlarını daha da genişləndirəcək. 150 tərəfdaş ölkəni birləşdirəcək bu proqrama beynəlxalq əməkdaşlıq üçün 3 milyard avro vəsait ayrılmışdır. Beynəlxalq əlaqələr üzrə prorektor 2014-20-ci illəri əhatə edəcək “Erasmus +” proqramının prinsipləri haqqında məlumat verərək qabiliyyətlərin inkişaf etdirilməsi, kredit və dərəcə mobilliyi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, Jean Monnet fəaliyyət proqramı, kadr potensialının gücləndirilməsi kimi əsas fəaliyyət istiqamətlərindən danışıb. Türkiyə universitetləri ilə dünya universitetləri arasındakı qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan “Mövlana” proqramı ilə bağlı layihə üzrə əlaqələndirici Kamran Vəlizadə məruzə edib. Qeyd olunub ki, Tibb fakültəsinin interna tələbələri və I kurs bakalavrlar istisna olmaqla universitetin bütün müəllimləri , bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan tələbələr müraciət edə bilərlər. Məruzəçi proqrama qoşulmaq şərtləri, təhsil müddəti barədə məlumatları diqqətə çatdırılıb.
Naxçıvan Dövlət Universitetində MUMEENA layihəsi çərçivəsində universitetin Tibb fakültəsinin inkişafı ilə bağlı görülmüş işlərə həsr edilmiş seminar keçirildi. Seminarı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, tələbələrin xaricdə təhsil alması, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlərdən danışdı. Rektor bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin diqqət və qayğısı sayəsində bu ali məktəbin dünyanın tanınmış universitetləri ilə beynəlxalq əlaqələri genişlənməkdədir. Universitet bir çox beynəxalq layihələrdə, o cümlədən Tempus proqramı çərçivəsində həyata keçirilən 5 layihədə də uğurla təmsil olunmaqdadır. Tələbə mobilliyinin artırılması nəticəsində bir neçə tələbə təhsillərini Acarıstan Muxtar Respublikasının Şota Rustaveli adına Batumi Dövlət Universitetində, Cənubi Koreyanın Kimçonq Universitetində davam etdirirlər. “ERASMUS MUNDUS” layihəsi çərçivəsində 2 nəfər İspaniyanin Santyago de Kompostela Universitetində, 1nəfər isə İtaliyanın Tuskua Universitetində doktorantura təhsili alır. Rusiya Federasiyasının Penza Dövlət Universiteti, Komi Respublikasının Uxta Dövlət Texniki Universiteti, Başqırdıstan Respubikasının Ufa Dövlət Neft Texniki Universiteti ilə bağlanılan yeni əməkdaşlıq müqavilələrində də tələbə mübadiləsi nəzərdə tutulmuşdur. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov Naxçıvan Dövlət Universitetinin iştirak etdiyi beynəlxalq layihələr haqqında çıxış etdi. Beynəlxalq əlaqələr üzrə prorektor universitetin Avropa Birliyi ölkələrinin TEMPUS proqramının beş layihəsində iştirak etməsi və daha 2 layihəsində təmsil olunacağı, Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin həyata keçirilməsi, 2013-2015-ci illəri əhatə edəcək bu layihəyə 3 500 000 ABŞ dolları həcmində vəsait ayrılması , Avstriyanın "gain&sustain" ("Əldə etmək və saxlamaq") təşkilatı ilə birgə həyata keçirilən layihələr, “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsinin uğurla həyata keçirilməsi, yaxın zamanlarda reallaşdırılacaq yeni layihələr barədə məlumat verdi. Tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov muxtar respublikada tibb təhsilinin inkişafı, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması üçün yaradılan şəraitdən, rezidentura pilləsində tədrisin səviyyəsindən danışaraq Türkiyə Cümhuriyyətinin bir çox universitetlərində təcrübələrin keçirilməsindən, Mövlana Mübadilə Proqramı çərçivəsində 4 nəfər tələbənin tibb təhsilini Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetində davam etdirməsindən danışdı. Naxçıvan Dövlət Universitetinin Pediatriya kafedrasının baş müəllimi, tibb elmləri üzrə fəlsəfə doktoru, MUMEENA layihəsinin yerli koordinatoru Elmar Rzayev MUMEENA - Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi layihəsinin tibb sahəsində təcrübəli mütəxəssislərin hazırlanması baxımından əhəmiyyətindən bəhs etdi. Qeyd olundu ki, MUMEENA Avropada Tibb təhsilinin modelini təqdim edir. Layihədə İngiltərə, Niderland, İspaniya və İtaliyadan olan nümayəndələr təmsil olunur. Naxçıvan Dövlət Universiteti 2012-ci ildən bu proqrama qoşulub. Tibb fakültəsinin qoşulduğu ilk beynəlxalq layihə çərçivəsində fakültə əməkdaşları Avropanın müxtəlif universitetlərində; Niderlandın Utrech, İngiltərənin Leeds, İspaniyanın Granada, Gürcüstanın Tbilisi Dövlət Tibb Universitetində və Ukraynanın Milli Tibb Universitetində keçirilən treninqlərdə iştirak ediblər. Layihə çərçivəsində əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info