“2013-cü ildə iqtisadiyyatımıza Ermənistandan 20 dəfə çox investisiya qoyulub”
Tarix: 01.10.2014 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


“2013-cü ildə Azərbaycan iqtisadiyyatına Ermənistanda nisbətən 20 dəfə çox investisiya qoyulub”. Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Onun sözlərinə görə, artıq Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. "Biz nəinki investisiyalar cəlb etmirik, həm də xaricdə yatırımlar edirik. Bu, ölkəmizin maliyyə imkanlarının genişlənməsinin göstəricisidir. Eyni zamanda, qonşu ölkələrlə iqtisadi və siyasi əməkdaşlıq hər iki xalq üçün vacib şərtdir”. Millət vəkili bildirib ki, Azərbaycan əldə olunan razılaşmalardan rasional istifadə edə bilir və ölkələr arasında münasibətlər daha da yaxşılaşacaq: “2013-cü ildə Azərbaycan iqtisadiyyatına Ermənistanda nisbətən 20 dəfə çox investisiya qoyulub. Bu, Azərbaycana göstərilən etimadın səviyyəsini göstərir”.
O bildirib ki, Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) Cənubi Qafqaz ölkələrinin ÜDM-nin 75%-ni təşkil edir: “Bunların hamısı Azərbaycana etimad göstərilməsi və ölkədə sağlam investisiya şəraitinin yaradılmasından xəbər verir. Bu o deməkdir ki, Azərbaycana inanırlar və bundan rasional şəkildə istifadə etmək lazımdır”.
İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info