Neft-qaz emalı sahəsində 100-dək standart qəbul ediləcək
Tarix: 02.10.2014 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Bu ilin sonuna kimi Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ölkədə tikdiyi neft-qaz emalı və neft məhsullarının istehsalı üzrə yeni kompleks üçün 100-ə yaxın standart qəbul edəcək. Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, yeni kompleksin tikintisi və istismarı zamanı tətbiqi planlaşdırılan standartlar Dövlət Komitəsi yanında Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə ARDNŞ arasında imzalanan saziş əsasında hazırlanır. Layihənin birinci mərhələsinin həyata keçirilmə müddəti iki il, layihənin ümumi müddəti isə 8 ildir.
Komitədən deyiblər ki, layihə çərçivəsində işlər davam edir və saziş əsasında ümumilikdə təxminən minə yaxın yeni standart hazırlanacaq: "Yeni standartlar həm istehsal prosesinin özünə, həm də kompleksdə istehsal olunacaq məhsullara şamil ediləcək”.
Saziş çərçivəsində Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun mütəxəssisləri yeni kompleksin tikintisi və istismarı zamanı beynəlxalq və regional sertifikatların aktuallığını öyrənəcəklər, Azərbaycan dilinə tərcümə edilmiş standart layihələrinin dilçilik, orfoqrafiya və dövlət standartları sisteminə uyğunluğunun ekspertizasını aparacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info