Berlində “Təmiz Şəhər” ASC-nin fəaliyyəti yüksək qiymətləndirilib
Tarix: 02.10.2014 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Berlində “Cənubi Qafqazda davamlı şəhər inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Almaniya İqtisadi İnkişaf və Əməkdaşlıq Nazirliyinin dəstəyi, Almaniya İnkişaf Bankının (KfW) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanı “Təmiz Şəhər” ASC təmsil edib.
ASC-dən verilən məlumata görə, konfransda əsasən şəhərlərdə ətraf mühitin qorunması, tullantıların idarə edilməsi sahəsində yaranan problemlərlə bağlı müzakirələr aparılıb.
“Təmiz Şəhər” ASC-nin şöbə müdiri Oqtay Məmmədov konfransdakı çıxışında Bakıda bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodlarının fəaliyyət göstərdiyini bildirib.
Qeyd edilib ki, çeşidləmə zavodu məişət tullantılarını qarışıq şəkildə qəbul edir və onun tərkibində olan təkrar emala yararlı materiallar ayrılaraq emal sənayesinə yönəldir. Çeşidləmə prosesində təkrar xammal ümumi tullantı kütləsindən ayrıldıqdan sonra qalıq tullantılar yandırılmaq üçün Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna göndərilir. Burada tullantılar yandırılaraq onlardan elektrik enerjisi əldə edilir. Tullantıların yandırılması zavodunun fəaliyyəti nəticəsində tullantı həcminin 10 dəfə azaldılması və 100 minədək evi elektriklə təmin edə biləcək enerjinin əldə edilməsi diqqətə çatdırıldı. Bərk Məişət Tullantılarının Yandırılması Zavodu nəinki regionda, hətta Şərqi Avropada ən müasir və ən böyük komplekslərdən hesab edilir.
Həmçinin Azərbaycanda ilk tullantıların emalı üzrə ixtisaslaşan Balaxanı Sənaye Parkı layihəsi barədə də məlumat verilib.
Oqtay Məmmədov “Təmiz Şəhər”in müxtəlif aksiyalar və tədbirlərlə cəmiyyəti tullantıların idarə olunması sahəsində maarifləndirdiyini diqqətə çatdırıb.
Almaniyalı mütəxəssislər Cənubi Qafqazda “Təmiz Şəhər” ASC kimi müəssisələrin olmasını və səhmdar cəmiyyətin gördüyü işləri müsbət qiymətləndirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info