“Hərbi mövzuda yazan jurnalistlər və ekspertlər daha da peşəkarlaşacaq”
Tarix: 02.10.2014 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Milli təhlükəsizliyin qorunması dövlətin hər bir vətəndaşının borcudur. Hər bir şəxs öz fəaliyyətində bu kimi məsələlərə ciddi fikir verməlidir. Azərbaycan hazırda müharibə şəraitindədir deyə, milli təhlükəsizlik və dövlət sirrinin qorunması məsələsində daha məsuliyyətli olmaq gərəkdir. Xüsusən, bu baxımdan media nümayəndələrinin üzərinə daha çox məsuliyyət düşür. Çox təəssüf ki, avqust ayının əvvəlində cəbhə bölgəsində ermənilərin törətdiyi təxribatlar zamanı bəzi media təmsilçiləri heç də peşəkarlıq göstərmədilər.
Onların yalan və milli təhlükəsizliyə xələl gətirən xəbərləri ölkə ictimaiyyətində narahatçılıq yaratdı. Bütün bunlar da göstərdi ki, belə halların qarşısının alınması üçün qanunvericilik daha da güclənməlidir, eyni zamanda bu sahədən yazan jurnalistlərimiz daha da peşəkarlaşmalıdır. Bu məsələlərin aradan qalxması üçün Prezident İlham Əliyev ötən həftə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncam imzalayıb. Dövlət başçısının bu qərarı vətəndaş cəmiyyəti tərəfindən də yüksək qiymətləndirilib. Gəncliyin Elmi-Mədəni İnkişafı İB-nın sədri Sərdar Yusifoğlu öz sevincini bizimlə bölüşərək bildirdi ki, bu, həqiqətən də gözlənilən, lazımlı və labüd sənəddir: “Ötən ay cəbhə bölgəsində baş verən neqativ hallar zamanı biz gördük ki, mediada dezinformasiyalar yayıldı. Ölənlərin sayı süni olaraq artırıldı, əhali arasında təşviş yarandı. Bu da həqiqətən də müəyyən bir addımın atılmasını zəruri etdi. Baş verənlər göstərdi ki, dezinformasiyaların yayılmaması üçün kütləvi informasiya vasitələri və əhali arasında təbliğat işinin təşkilinə ehtiyac var. Ona görə də bu, yerində atılmış qərardır və bizim informasiya təhlükəsizliyimizə böyük dəstək olacaq”.
Onun sözlərinə görə, ölkəmizdə olan bizi istəməyən bəzi QHT-lər həqiqətən dövlət sirrinin yayılmasında çox müxtəlif formada mənfi rollar oynayırlar: “Bu sərəncamdan sonra düşünürük ki, belə informasiyalar yayanlarla da bağlı artıq bir qanunvericilik formalaşacaq və onların məsuliyyətə cəlb olunması həyata keçiriləcək. Bu da dövlətin Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə müsbət təsir edəcək”.
S.Yusifoğlu hesab edir ki, sərəncamda qeyd olunan tədbirlər həyata keçirildikdən sonra hərbi mövzuda yazan jurnalistlər, eləcə də bu sahədə olan ekspertlər daha da peşəkarlaşacaq: “Bundan sonra ciddi ölçü götürüləcək. Milli təhlükəsizlik, eləcə də dövlət sirri təşkil edən hərbi sahəyə aid məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısı alınacaq. Həmçinin aidiyyəti dövlət qurumları ilə KİV və QHT-lər arasında əməkdaşlıq daha da güclənəcək.”

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info