Ukrayna Millətlər Assambleyası Azərbaycan torpaqlarının işğal altında qalmasına dair ATƏT-ə və Avropa Birliyinə müraciət edib
Tarix: 02.10.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev ATƏT-in milli azlıqlar üzrə Ali komissarı Astrid Tors, NATO-nu sabiq Baş katibi, Avropa Birliyinin keçmiş Ali komissarı Havyer Solana və təşkilatın digər təmsilçiləri ilə görüşlər keçirib. Görüşlərdə onlarla millətin nümayəndəsini birləşdirən Ukrayna Millətlər Assambleyası adından Ukraynadakı hadisələr, o cümlədən Azərbaycan, Moldova və Gürcüstanın məruz qaldığı münaqişələrin nəticəsi olaraq insanların hüquqlarının pozulması ilə bağlı müraciət təqdim olunub. R.Tağıyev Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının hüquqlarının bərpa olunmaması, Azərbaycan torpaqlarının hələ də işğal altında qalmasından Avropada yaşayan azərbaycanlılarının narahatlığını diqqətə çatdırıb. Konfransda etdiyi çıxışında da R.Tağıyev bölgədə millətlərarası münasibətlər, xalqların hüquqlarının qorunması, o cümlədən münaqişə bölgələrində təcavüzə məruz qalmış insanların hüquqlarının bərpasının vacibliyindən danışıb. Diaspor rəhbəri işğal olunmuş Azərbaycan torpaqlarının qaçqın düşən bir milyon azərbaycanlının pozulmuş hüquqlarını bərpa etmək üçün beynəlxalq təşkilatları konkret addımlar atmağa çağırıb. Qeyd edək ki, ATƏT–in 56 üzv ölkəsinin iştirak etdiyi konfransda milli azlıqların hüquqları, insan haqları, irqi ayrıseçkilik, millətlərarası nifrətin azaldılması, müxtəlif münaqişə bölgələrində xalqların hüquqlarının pozulması və digər məsələlər müzakirə mövzusu olub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info