Londonda “Azərbaycanın neft və qaz sektorunda yerli biznesin inkişafı” mövzusunda biznes-seminar keçirilib
Tarix: 02.10.2014 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Londonda Birləşmiş Krallığın Enerji Sənayeləri Şurası (The Energy İndustrial Council) tərəfindən “Azərbaycan neft və qaz sənayesi: cari layihələr, perspektivlər və yerli biznesin inkişafı” adlı biznes-seminar keçirilib. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatına görə, ARDNŞ-nin Böyük Britaniyadakı nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə baş tutan biznes-seminar “ Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunub. Seminarda BP, AMEC, “Cameron International”, “Tenaris Global Services”, “Technip E&G” də daxil olmaqla 50-dən artıq şirkətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkəmizin neft və qaz strategiyası, tarixi və mədəniyyəti haqqında qısa məlumat verib. ARDNŞ Xarici Təqaüd proqramının məzunu əməkdaşı Təbriz Əmmayev “Azərbaycan neft və qaz sənayesi: əldə olunmuş nailiyyətlər və perspektivlər, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və ARDNŞ-in ölkədaxili və xaricdəki fəaliyyəti” adlı təqdimatla çıxış edib. ARDNŞ-in Böyük Britaniyadakı nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev Azərbaycanda investisiya perspektivləri və yatırımları üçün ölkəmiz tərəfindən yaradılan münbit şərait haqqında məlumat verib, respublikanın iqtisadi göstəricilərinin və rəqabətlilik dərəcəsinin ilbəil artdığını və ölkədə mövcud olan sosial-iqtisadi inkişafın beynəlxalq qurumlar tərəfindən də təsdiq olunduğunu diqqətə çatdırıb. Azərbaycanın neft və qaz sektorunda yerli biznesin inkişafından danışılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Biznes-seminarın ikinci yarısında “BP Global” şirkətinin satınalmalar üzrə rəhbəri Piter Roberts “BP-nin regionda fəaliyyəti, cari layihələr və perspektivlər”, Penspen şirkətinin baş layihə rəhbəri Con Dauner “Azərbaycan-Gürcüstan-Rumıniya” (AGRİ) qaz kəməri layihəsinin konsepsiyası”, Birləşmiş Krallığın Ticarət və İnvestisiya dövlət agentliyinin Orta Şərq və Şimali Afrika üzrə regional rəhbəri Cemi Banks (Jamie Banks) “Azərbaycanda fəaliyyət göstərən Britaniya şirkətlərinə dəstək” və ERM şirkətinin partnyoru Elena Əmirxanova “Azərbaycanda biznes fəaliyyəti” mövzusunda təqdimatlarla çıxış ediblər.
Tədbirdə iştirak edən müxtəlif şirkət nümayəndələrinin ARDNŞ əməkdaşları ilə təkbətək görüşlərində Azərbaycanda sərmayə qoyuluşuna maraq göstərildiyi və seminarda bu məsələ ilə bağlı lazımi məlumat verildiyi qeyd olunub. Enerji Sənayeləri Şurasının neft və qaz bölməsinin rəhbəri Neyl Qoldinq tədbirin təşkil edilməsində göstərdiyi dəstəyə görə ARDNŞ-in Böyük Britaniyadakı nümayəndəliyinə minnətdarlığını bildirib və əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edib. O, ARDNŞ-i noyabrda Mançesterdə keçiriləcək sərgi-konfransa dəvət edib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info