Fransanın nüfuzlu mətbu orqanı Dağlıq Qarabağ münaqişəsindən bəhs edib
Tarix: 02.10.2014 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Fransada nəşr olunan nüfuzlu “Beynəlxalq jurnal”ın 30 sentyabr tarixli nömrəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Ermənilərin əl qoyduğu Azərbaycan əraziləri“ sərlövhəli məqalə dərc olunub.
Müəllif Bastyen Delveş yazısında münaqişənin yaranma tarixindən bəhs edərək əsas diqqəti Azərbaycan ərazilərinin işğalı faktına yönəldib. Qeyd edib ki, Azərbaycanın dağlıq ərazisində yerləşən Dağlıq Qarabağda ermənilər öz müqəddəratını təyin etmək adı altında münaqişə mənbəyi olan və heç bir dövlət, eyni zamanda, beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma “Dağlıq Qarabağ Respublikası“ elan ediblər. O vaxtdan indiyədək region Ermənistan tərəfindən işğal olunmuş ərazi kimi qalmaqdadır.
Məqalədə bu il mayın 20-21-də Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısının keçirildiyi, Ermənistanın belə bir mühüm tədbirdə aparılan müzakirələrdə iştirakdan boyun qaçırdığı, Azərbaycan da daxil olmaqla 26 ölkənin iştirakı ilə keçirilən konfransda “Azərbaycan ilə Ermənistan arasında münaqişənin həll olunmamasının ümumi narahatçılıq doğurduğu, dünyada və regionda təhlükəsizliyin təhdid edildiyi“ fikri yer alıb.
1992-ci ildə yaradılan və ABŞ, Rusiya və Fransa kimi dünyanın əsas aparıcı ölkələrinin həmsədrlik etdikləri ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunan jurnalın əməkdaşı qeyd edir ki, regionda yaranan böhranı həll etmək üçün bu qrup münaqişə tərəfləri ilə saysız-hesabsız görüşləri keçirsə də, hələlik bir nəticə əldə edilməyib. Müsbət irəliləyişə nail olunmasa da, ATƏT-in Minsk qrupu fəaliyyətini davam etdirir. Ermənistan tərəfinin çox vaxt bu danışıqlardan boyun qaçırmasına baxmayaraq, ATƏT-in Minsk qrupunun əsas məqsədlərindən biri münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaqdır.
Müəllif xatırladır ki, Ermənistan 20 ildən çoxdur ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonunu işğal altında saxlamaqda davam edir. Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən zəbt olunub. Ermənistan hökuməti işğal etdiyi Azərbaycan ərazilərini azad etmək fikrində deyil.
Məqalədə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində azərbaycanlıların silah gücünə öz doğma yurdlarından çıxarıldığı və erməni hərbçilərinin azərbaycanlılarla qəddarcasına rəftar etdiyi diqqətə çatdırılıb.
Belə rəftarın cavabsız qalmayacağını, Qafqazın barıt çəlləyinə bənzədiyini xüsusi vurğulayan B.Delveş bildirir ki, Cənubi Qafqaz dünyanın ən təhlükəli münaqişə ocaqlarından biridir.
Məqalədə qeyd olunur ki, beynəlxalq geosiyasət birbaşa regiondakı gərginlikdən, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən asılıdır. Münaqişələrin həlli bütün geosiyasi problemin həlli deməkdir.
Müəllif yazır: “Bəziləri qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tərəfdarı olduqlarını bəyan edirlər. Amma onlar başa düşmürlər ki, Azərbaycan hansı hüquqi əsasla öz ərazisindən imtina edə bilər? Digər tərəfdən İspaniya baskları və Gürcüstanın Cənubi Osetiya və Abxaziya əyalətləri kimi, Dağlıq Qarabağ da separatçı region olaraq beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Bir dövlət kimi onların heç bir hüquqi əsasları da yoxdur”.
Məqalənin tam mətnini www.lejournalinternational.fr/Le--Haut-Kaabagh-une-mainmise-sur-des--terres-azerbaidjanaise_2046.html internet resursuna daxil olmaqla oxumaq mümkündür.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info