Naxçıvan Dövlət Universiteti beynəlxalq layihələrdə uğurla təmsil olunur
Tarix: 02.10.2014 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində ali məktəbin beynəlxalq layihələrdə iştirakının prioritet istiqamətləri və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq beynəlxalq layihələrin dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, tələbələrin xaricdə təhsil alması, yeni informasiya texnologiyalarının tətbiqi, beynəlxalq əlaqələrin inkişafı baxımından əhəmiyyətindən bəhs edib. Rektor bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin qayğısı və dəstəyi ilə dünyanın tanınmış universitetləri ilə əməkdaşlıq, beynəlxalq layihələrə qoşulmaq üçün yaradılan şəraitdən yetərincə faydalanmaq lazımdır. Beynəlxalq təhsil proqramlarına qoşulmaqda, tələbə mobilliyinin artırılmasında məqsəd ali təhsil qurumları arasında tərəfdaşlığı inkişaf etdirmək, qlobal səviyyədə ölkələrarası mənəvi, mədəni əlaqələri möhkəmlətməkdir. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov Naxçıvan Dövlət Universitetində Azərbaycan ali məktəbləri içərisində ən irihəcmli layihə olan, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi, NDU-nun Tempus proqramı ilə qarşılıqlı əməkdaşlıq şəraitində 5 layihənin iştirakçısı olması, Türkiyə Respublikasındakı universitetlər ilə dünya universitetləri arasındakı qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan “Mövlana” proqramı çərçivəsində 8 nəfər tələbənin Türkiyədə tibb təhsilini davam etdirməsi barədə ətraflı məlumat verib. Bildirilib ki, Avstriyanın "gain&sustain" ("Əldə etmək və saxlamaq") təşkilatı ilə birgə həyata keçirilən layihələr, “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi təhsilin və tədrisin müasir tələblər səviyyəsində qurulmasına xidmət edir. Yaxın gələcəkdə yeni layihələrin reallaşdırılması nəzərdə tutulur. Naxçıvan Dövlət Universitetinin Pediatriya kafedrasının baş müəllimi, tibb elmləri üzrə fəlsəfə doktoru, MUMEENA layihəsinin yerli koordinatoru Elmar Rzayev MUMEENA - Avropa Şurasının Şərqi Avropada Tibb Təhsilinin Müasirləşdirilməsi layihəsinin tibb sahəsində təcrübəli mütəxəssislərin hazırlanması baxımından əhəmiyyətindən bəhs etdi. Qeyd olundu ki, MUMEENA Avropada Tibb təhsilinin modelini təqdim edir. Layihədə İngiltərə, Niderland, İspaniya və İtaliyadan olan nümayəndələr təmsil olunur. Naxçıvan Dövlət Universiteti 2012-ci ildən bu proqrama qoşulub. Tibb fakültəsinin qoşulduğu ilk beynəlxalq layihə çərçivəsində fakültə əməkdaşları Avropanın müxtəlif universitetlərində - Niderlandın Utrech, İngiltərənin Leeds, İspaniyanın Granada, Gürcüstanın Tbilisi Dövlət Tibb Universitetində və Ukraynanın Milli Tibb Universitetində keçirilən treninqlərdə iştirak ediblər. Sentyabr ayı layihə koordinatoru və nümayəndələri İtaliyanın Milan şəhərindəki Catdica Del Sarco Coure universitetində treyninq keçmişlər. Layihə çərçivəsində əməkdaşlıq gələcəkdə də davam etdiriləcək. Erasmus Mundus layihəsinin koordinatoru, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov Erasmus Mundus (HUMERİA) proqramı çərçivəsində görülən işlərlə bağlı məruzə edərək qeyd edib ki, Erasmus-Mundus Avropa Birliyi universitetləri ilə digər ölkələrin universitetləri arasında mübadilə və əməkdaşlıq əlaqələrini artıraraq dialoq və mədəni əlaqələrin inkişaf etdirilməsini hədəfləyən təhsil və tədqiqat proqramıdır. Naxçıvan Dövlət Universitetinin üzv olduğu konsorsiumlar, 2011-2015-ci illəri əhatə edəcək ALRAKIS və 2013-2017-ci illərdə baş tutacaq HUMERIA layihələri haqqında danışıb. Layihə çərçivəsində Beynəlxalq münasibətlər ixtisası üzrə IV kurs tələbəsi Ağalar Məmmədov Çexiya Respublikasının Masaryk Universitetində, Tərcümə (ingilis-azərbaycan) ixtisası üzrə III kurs tələbəsi Güllü Rəhimova - Rumınyanın Babeş-Bolyai Universitetində iki semester, Simli alətlər ixtisası üzrə III kurs tələbəsi Dilarəxanım Məmmədli Rumıniyanın George Enescu Universitetində bir semester ərzində təhsillərini davam etdirəcəklər. Çexiya Respublikasının Masaryk Universitetindən, Polşa Respublikasının Wroclaw Universitetindən olan iki doktorant isə təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirəcəklər. Məruzəçi proqrama qoşulan əməkdaş ölkələr, mübadilə müddəti, tələbələrin iştirak etmək hüquqları barədə tədbir iştirakçılarını məlumatlandırılıb.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri







 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info