“Azərbaycan Sığortaçılar Assosiasiyası”nın Müşahidə Şurasının iclası keçirilib
Tarix: 02.10.2014 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin Müşahidə Şurasının (MŞ) iclası keçirilib. İclasda MŞ-na daxil olan 9 sığorta şirkətinin – “Azərsığorta” DSKŞ, “AXA MBASK”, “Standard Insurance”, “AzSığorta”, “A-Qroup”, “PAŞA Sığorta”, “İpək Yolu Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Azre İnsurance” şirkətlərinin rəhbər şəxsləri iştirak edib. Toplantıda Sığorta-Tədris Mərkəzinin (STM) yaradılması ilə bağlı geniş müzakirələr aparılıb. Adı çəkilən mərkəzin 2 istiqamətdə fəaliyyət göstərməsi qərara alınıb. Belə ki, STM-də bir tərəfdən sığorta şirkətlərinin əməkdaşlarına və onlarla əməkdaşlıq edən sığorta agentlərinə peşəkar təlim keçiriləcək. Digər tərəfdən isə gənclər, o cümlədən tələbələr STM-də təlimə cəlb ediləcək. Məqsəd həm onların sığorta barədə biliyinin artırılması, həm də gələcəkdə sığorta sektoruna yönəldilməsidir. Bundan başqa, iclasda bu ay Almaniyanın Baden-Baden şəhərində keçirilməsi planlaşdırılan sığorta həftəsi çərçivəsində Azərbaycan gecəsinin təşkil olunması məsələsi müzakirə edilib, gecənin formatı müəyyənləşdirilib.
ASA-nın iclasında həmçinin Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbər şəxsləri ilə sığorta şirkətlərinin rəsmi şəxslərinin rübdə bir dəfə olmaq şərti ilə görüşünün keçirilməsi məsələsinə baxılıb. İlk görüşün oktyabr ayında təşkil olunması planlaşdırılır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info