Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “İnterAction Council” təşkilatı ilə əməkdaşlıq edəcək
Tarix: 02.10.2014 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın nüfuzlu klublarından biri “İnterAction Council” təşkilatı ilə əməkdaşlıq edəcək. Bu barədə razılıq Mərkəzi Baş katibi Rövşən Muradovla “İnterAction Council”ın Baş katibi Tomas Aksvorti arasında Nyu- Yorkda keçirilmiş görüş zamanı əldə olunub. Görüşdə Tomas Aksvortiyə Mərkəzin üzvləri, fəaliyyəti, həyata keçirdiyi layihələr, əməkdaşlıq etdiyi təşkilatlar haqqında ətraflı məlumat verilib, həmçinin birgə fəaliyyətin perspektivləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq birgə əməkdaşlıq çərçivəsində 2016-cı ildə beynəlxalq toplantının keçirilməsi qərara alınıb. Qeyd edək ki, “İnterAction Council” təşkilatı da Madrid Klubu kimi sabiq prezident və baş nazirləri birləşdirən nüfuzlu təşkilatdır. 1983-cü ildə yaradılmış qurumun əsas məqsədi bəşəriyyəti narahat edən siyasi, iqtisadi və sosial məsələlərin həllində təcrübəsini, enerjisini və beynəlxalq əlaqələrini səfərbər etmək üçün sabiq liderləri bir araya gətirməkdir. Qurumun 30-dan çox üzvü var və onlar hər il toplaşaraq qlobal problemlərin həlli üçün tövsiyələr işləyib hazırlayır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
“UAM” jurnalı Azərbaycandan üzr istəyib
18.06.2019
Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib
18.06.2019
Sahil Babayev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
18.06.2019
Elçibəyin xanımının hüzr mərasimi Heydər Məscidində keçiriləcək
18.06.2019
CASCFEN sonuncu seminarını Sabunçu rayonunda keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info