“Reuters”: “Avstraliyada təhlükəsizliyə xələl gətirən yazı yazanlar həbs ediləcək”
Tarix: 02.10.2014 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


“Dövlət öz vətəndaşlarının yazışmalarına və əlaqələrinə daha geniş çıxış əldə etmiş olacaq”

Böyük Britaniyanın "Reuters" media qurumu yazır ki, Avstraliya mətbuat azadlığını təhdid edən təhlükəsizlik haqqında qanun qəbul edir: “Çərşənbə günü Avstraliya parlamenti təhlükləsizlik qüvvələrinə yeni səlahiyyət verən “islamçı” döyüşçülərlə mübarizəyə aid qanun layihəsinin birinci seriyasını bəyənib. Bu, milli təhlükəsizliklə bağlı yazan jurnalistlərin də barmaqlıqlar arxasına düşə biləcəyi barədə xəbərdarlıqlara və bəyanatlara məhəl qoymadan edilib. Avstraliyanı radikal islamçıların tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün İraq və Suriyaya yollanan vətəndaşlarının sayı narahat edir. Polis isə bəyan edib ki, ötən ay Avstraliya vətəndaşını tutmaq və başını bədənindən ayrımaq niyətində olan “İslam dövləti”nin təxribatının qarşısını ala bilib. Konservativ baş nazir Toni Ebott xəbərdarlıq edib ki, azadlıqla təhlükəsizlik arasındakı balans, “İŞİD” üzvləri və onun tərəfdarlarına qarşı reydlər və yoxlamalardan sonra dəyişə bilər. Parlamentin aşağı palatası tərəfindən qəbul olunan və ölkənin əsas müxalifət partiyası olan Leyboristlər tərəfindən dəstək alan yeni qanuna görə, kəşfiyyat xidmətlərinin xüsusi əməliyyatları barədə informasiyalar yayanlar on ilə qədər həbsxanada ömür keçirə bilər. Bu qanun kəşfiyyat materiallarının yazılışı, köçürülməsi və saxlanılmasını da qanundankənar sayır. Kritiklərə görə, bu, ABŞ Milli təhlükəsizlik agentliyinin əməkdaşı Edvard Snoudenin sarsıdıcı ifşasına cavabdır və hakimiyyətin kompüter izlənmələri sahəsində səlahiyyətini də ciddi şəkildə artırmış olur. Baş prokuror Corc Brendis isə bildirib ki, 1970-ci illərdə yazılmış qanunların yenilənməsi üçün bu islahatlar zəruridir. Bu islahatlar isə Britaniyada fövqəladə hallarda telekommunikasiya şirkətlərini müştərilərin məlumatlarını saxlamağa məcbur etməklə bağlı qanuna uyğun ruhda aparılır.
Ədliyə naziri Maykl Kinan isə bildirib ki, hökumət xüsusi sirli əməliyyatları gizli saxlamaqla özünü doğruya çıxarmağa çalışmır: “Yanlış bəyanatlara baxmayaraq, söhbət, hakimiyyətin ünvanına tənqidlər olan informasiyaların açıqlanmasının qarşısını almaqdan getmir. Söhbət təhlükəsizliyin təmin edilməsindən gedir”.
Amma jurnalistlərin qorunması ilə bağlı komitə isə reportyorlarla bağlı qanunda hər hansı istisna hal nəzərdə tutulmadığından narahatlığını bəyan edib. Bu istisnaların olmaması o deməkdir ki, reportyorları sadəcə, milli təhlükəsizlik məsələləri ilə bağlı xəbərlər yaydıqlarına və yazdıqlarına görə 10 ilə qədər həbs edə bilərlər.
Komitənin nümayəndəsi Bob Dits deyib ki, bu qanun və digər qanun layihələri Avstraliyanın hara yönəldiyi ilə bağlı ciddi əndişə yaradır: “Bu cür qanunlar cəmiyyətin maraqları üçün işləyən jurnalistikaya ciddi zərbə vurur və biz, qanunvericiləri bu qanunların qəbulunda jurnalistlər və tədqiqatçılar üçün ciddi məqamları nəzərdə tutmağa çağırırıq”.
Yazıda qeyd edilir ki, qəbul edilən qanun dövlətin təhlükəsizlik sahəsində səlahiyyətlərinin gücləndirilməsi üçün olan qanun layihələri seriyasından birincisidir. Tezliklə milli provayderlıəri müştərilərin məlumatlarını polis və digər təhlükəsizlik orqanlarına verməyə məcbur edən digər qanunvericilik aktlarına da baxılacağı bildirilir: “Belə bir halda, dövlət öz vətəndaşlarının yazışmalarına və əlaqələrinə daha geniş çıxış əldə etmiş olacaq”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info