Valentina Matviyenko: Azərbaycan Rusiyaya olduqca böyük həcmdə kənd təsərrüfatı məhsulları tədarük edir
Tarix: 02.10.2014 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Rusiya bazarına olduqca böyük həcmdə kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, ət tədarük edir. Bunu Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində jurnalistlərə deyib.
Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı məhsullarının tədarükü üçün əlavə tələbat və imkanlar yaranıb: "Bu barədə artıq razılaşmalar əldə olunub ki, bu da ticarət əlaqələrinin artmasına və genişlənməsinə gətirib çıxaracaq".
V. Matviyenko qeyd edib ki, Moskva meri Sergey Sobyaninin Bakıya səfəri zamanı tədarüklərin artması ilə bağlı konkret müqavilələr imzalanıb və ən əsası tədarük logistikasının yaradılması, tədarük üzrə nəqliyyat şəraiti haqqında razılaşmalar əldə olunub.
Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı məshullarının artırılması, tədarüklərin genişləndirilməsi və onun istehlakçıya səmərəli çatdırılması üzrə layihə sistemi ciddi müzakirə olunur: "Əminəm ki, bu həcmlər artacaq. Üstəlik, Azərbaycanın özü Rusiyaya kənd təsərrüfatı məhsulları tədarüklərinin artmasında maraqlı olduğunu bildirib".
V.Matviyenko vurğulayıb ki, bu, Azərbaycan üçün istehsal edilən məhsulun əlavə satış imkanı, yeni iş yerlərinin açılması, vergi ödənişlərinin artırılması və ölkədə işləyən kənd təsərrüfatı istehsalçılarına dəstək deməkdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info