Təhsil Nazirliyinin məqsədli təqaüdü veriləcək
Tarix: 03.10.2014 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində universitetin Azərbaycan Respublikası Təhsil Nazirliyinin məqsədli təqaüdünə layiq görülmüş tələbələri ilə görüş keçirilib. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanda, o cümlədən muxtar respublikada təhsil quruculuğu sahəsində qazanılan uğurlardan danışıb.
Qeyd olunub ki, təhsil strategiyasının əsası təhsili millətin gələciyi kimi qiymətləndirən uzaqgörən siyasi xadim, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla davam etdirilir. Elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, yüksək texnologiyalarının tətbiqi, müasir tədris avadanlıqlarından istifadə, beynəlxalq əlaqələrin inkişafı, tələbə mobilliyi vasitəsilə tələbələrin xaricdə təhsilə cəlb olunması, beynəlxalq təhsil proqramlarına qoşulmaq və müxtəlif layihələrdə iştirak etmək istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Rektor Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarovun “Pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinin müəllimlik ixtisaslarına yüksək balla qəbul olmuş tələbələr üçün Təhsil Nazirliyinin məqsədli təqaüdünün təsis edilməsi” barədə 17 sentyabr 2014-cü il tarixli əmri ilə tədbir iştirakçılarını tanış edərək bildirib ki, əmrə əsasən pedaqoji kadr hazırlayan ali məktəblərə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbə üçün 100 (yüz) manat məbləğində Təhsil Nazirliyinin məqsədli aylıq “Gələcəyin müəllimi təqaüdü” təsis edilmişdir. Naxçıvan Dövlət Universitetinin yüksək bal toplayan və müəllimlik ixtisasının seçən 34 tələbəsi bu təqaüdə layiq görülmüşdür. Rektor tələbələri bu münasibətlə təbrik edərək onlara bu yüksək etimadı doğrultmaq, elmdə və təhsil sahəsində daha böyük nailiyyətlər qazanmağı arzu edib. Xarici dil müəllimliyi (İngilis dili) ixtisasına bu il 665 balla qəbul olmuş Şəhla Salayeva tələbələr adından təhsildə fərqlənən gənclərə göstərilən dövlət qayğısına görə minnətdarlıq edib, bütün səy və bacarıqları ilə vətənə, təhsil aldıqları ali məktəbə layiq olmağa çalışacaqlarını bildirib. Universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid tələbələri təbrik edərək onlara elm, təhsil sahəsində daha böyük uğurlar qazanmaq, təhsildə nümunəvi olmaqla yüksək ixtisaslı mütəxəssis, layiqli vətəndaş kimi yetişmək, arzulayıb. Tədris işləri üzrə prorektor universitetdə müxtəlif ictimai, sosial təşkilat və qurumlar, mədəniyyət və idman kollektivləri, elmi dərnək və kurslar haqqında məlumat verərək tələbələri universitetin ictimai işlərində də fəal olmağa çağırıb.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info