Norveç Qış Olimpiya Oyunlarından imtina edir
Tarix: 03.10.2014 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Norveç 2022-ci il Qış Olimpiya Oyunlarının Osloda keçirilməsi hüququ almaq üçün müraciətini geri çağırır.
Bu qərarın qəbul edilməsi iqtisadi səbəblərlə bağlıdır. Skandinaviya dövlətinin hökuməti zəruri maliyyə zəmanətləri təqdim etməyə hazır deyil. Beləliklə, indi həmin Olimpiadanın paytaxtı olmaq hüququ uğrunda iki şəhər - Almatı (Qazaxıstan) və Pekin (Çin) mübarizə aparacaqlar. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2022-ci il Qış Olimpiadasına ev sahibliyi etmək hüququ uğrunda namizədlərin siyahısını 2014-cü il iyul ayında təsdiqləyib. Qeyd etmək lazımdır ki, BOK-un həmin qərarından sonra Norveç sakinləri 2022-ci il Olimpiadasının Osloda keçirilməsinə dəfələrlə etirazlarını bildiriblər. Olimpiya oyunlarının keçirilməsi ilə bağlı böyük məbləğdə büdcə xərcləri həm sıravi norveçlilərin, həm də krallığın bir çox siyasətçilərinin bu ambisiyalı layihəyə skeptik münasibətinə səbəb olub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info