Azərbaycan-Böyük Britaniya biznes-forumu keçirilib
Tarix: 03.10.2014 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamentinin beynəlxalq ticarət müşaviri Mark Hiqinsin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfər çərçivəsində oktyabrın 2-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Böyük Britaniya biznes-forumu keçirilib.
Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, təhsil, kommunikasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib. AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iştirakçılara Azərbaycan iqtisadiyyatı, ölkəmizin Böyük Britaniya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib. Qeyd edilib ki, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişafa nail olunmuş, makroiqtisadi sabitlik təmin edilib, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı və artan maliyyə imkanları ölkəmizi xarici investora çevirib. Rüfət Məmmədov Böyük Britaniya iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib. Böyük Britaniyanın Ticarət və İnvestisiya Departamentinin beynəlxalq ticarət müşaviri Mark Hiqins Böyük Britaniya iqtisadiyyatı barədə məlumat vermiş, iş adamları arasında keçirilən görüşlərin və biznes-forumların əhəmiyyətini qeyd etmiş, belə tədbirlərin davam etdirilməsinin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də iş adamları arasında yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib. Biznes-forumda AZPROMO-nun nümayəndəsi Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, britaniyalı iş adamları isə təmsil etdikləri şirkətlərin fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.
Biznes-forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info