“Xocavəndli gənclərdə vətənpərvərlik ruhu yüksək səviyyədədir”
Tarix: 03.10.2014 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Vüsal Hüseynov: “Onlarla Xocavənd rayonu ilə bağlı daim təbliğatlar aparırıq”

YAP Xocavənd rayon Gənclər Birliyinin sədri Vüsal Hüseynovla müsahibəni təqdim edirik

-Dövlətin apardığı gənclər siyasəti Xocavənd gənclərində öz təzahürünü necə göstərir?
-Dövlətimizin gənclərlə bağlı aparılan siyasəti xocavəndli gənclərə daim şamil olunur. Prezident yanında Gənclər Fondu və eləcə də, QHT-lər tərəfindən mütəmadi olaraq gənclərimizlə görüşlər təşkil edilir, layihələrin həyata keçirilməsində daim köməklik göstərilir. Bütün bunlar gənclərin istedadlarını aşkara çıxarır.
-Gənclərdə vətənpərvərlik ruhu hansı səviyyədədir?
- Xocavəndli gənclərdə vətənpərvərlik ruhu yüksək səviyyədədir. Çünki cəbhə bölgəsinə yaxın bir zonada yerləşirik. Gənclərimiz böyük həvəslə hərbi xidmətə gedirlər. Bu da vətənpərvərlikdən irəli gəlir. O cümlədən də, müddətdən artıq xidmətə gənclərimiz böyük diqqət göstərirlər .
- YAP Xocavənd rayon Gənclər Birliyi olaraq gənclərlə bağlı hansı tədbirlər keçirirsiz?
- YAP Xocavənd rayon Gənclər Birliyi olaraq gənclərlə bağlı bir çox tədbirlər həyata keçirilir. Bunlar da işğal olunmuş rayonların işğal günləri ilə bağlı tədbirlər, Xocalı faciəsi günü maarifləndirici aksiyalar həyata keçirilir, dəyirmi masalar təşkil olunur. Gənclərin sosial şəbəkələrdə aktivliyini təmin edirik, respublika ərazisində gənclərlə bağlı tədbirlərdə YAP Xocavənd rayon Gənclər Birliyi daim öz aktivliyi ilə seçilib. YAP Xocavənd rayon təşkilatı xocavəndli gənclərə daim öz qayğısını əsirgəmir və onlara öz diqqətini göstərir.
- Xocavənd gəncləri arasında öz rayonunuzla bağlı təbliğat aparırsızmı?
- Xocavəndli gənclərlə Xocavənd rayonu ilə bağlı daim təbliğatlar aparırıq. Gənclərimiz rayonumuzla bağlı tədbirlərdə daim öz aktivliyi ilə seçilir və onların bu tip tədbirlərdə iştirakını təmin edirik. Gənclərimizə Xocavənd rayonun kəndlərinin işğal günləri, Xocavəndin işğaldan öncə necə gözəl təbiəti olduğu, müharibə vaxtında xocavəndlilərin erməni terrorçuları ilə necə vuruşduğu, döyüşlərdə şəhid olan igid oğullarımız haqda daim təbliğatlar aparılır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
15.01.2019
Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır
15.01.2019
İran regionda təhlükəsizlik və sabitliyin daha da artması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməyə hazırdır
14.01.2019
“Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb”
12.01.2019
Avropa parlamentləri Ermənistanın “konyak diplomatiyası“nda adı keçən siyasətçilərin fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info