“Bakı Forumu fikir mübadiləsi üçün geniş imkanlar verir”
Tarix: 03.10.2014 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Helen Klark: “Azərbaycanda bir çox
illər ərzində yoxsulluğun səviyyəsi azalır, sosial sahəyə investisiyalar
qoyulur, əməkhaqqı artır”

“Bakıdakı beynəlxalq humanitar forum məsələlərin geniş dairəsi üzrə fikir mübadiləsi üçün geniş imkanlar verir”. Bunu dünən Bakıda IV Beynəlxalq Humanitar Forumun açılışı zamanı BMT İnkişaf Proqramının (BMTİP) administratoru Helen Klark deyib. Onun sözlərinə görə, BMTİP-in Azərbaycanla işi bir sıra innovasiya təşəbbüslərinin inkişafına yardıma yönəlib.
H.Klark qeyd edib ki, Azərbaycanda təbii sərvətlərin böyük ehtiyatları var. Onun sözlərinə görə, təbii sərvətlərin ölkənin və onun əhalisinin inkişafına yardım etməsindən ötrü məqsədəyönlü siyasət vacibdir və Azərbaycan bu istiqamətdə mühüm addımlar atıb. O, Azərbaycanı və ölkənin tərəfdaşlarını “Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi münasibəti ilə təbrik edib. Klark qeyd edib ki, Azərbaycan digər zəngin təbii sərvətlərə malik ölkələrə zənginliyin insan potensialının inkişafına necə yardım edə bilməsində nümunə ola bilər. Azərbaycanda bir çox illər ərzində yoxsulluğun səviyyəsi azalır, sosial sahəyə investisiyalar qoyulur, əməkhaqqı artır: "Azərbaycanın inkişafı üçün insan potensialının səviyyəsinin artmasının xüsusi əhəmiyyətini dərk edərək biz bu məsələnin irəliləyişində ölkəni tamamilə dəstəkləyirik. Azərbaycanın inkişaf sahəsində başqa ölkələrlə təcrübə mübadiləsi üçün bütün imkanları var”. Onun sözlərinə görə, BMTİP və Azərbaycan artıq ölkənin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Əfqanıstandakı həmkarlarına BMTİP-in Bakıda və Kabildəki ofisləri vasitəsi ilə dəstək göstərilməsində əməkdaşlıq edir: "Biz innovasiyaların birgə tətbiqi üçün Azərbaycanın çoxlu sayda imkanlarını görürük". Klarkın sözlərinə görə, BMTİP fəaliyyəti vətəndaşlara dövlət xidmətinin göstərilməsinə istiqamətlənmiş "ASAN xidmət"in yaradılmasını alqışlayır. BMTİP administratoru Azərbaycanda "ASAN xidmət”in uğurlu fəaliyyətini qeyd edib və onun dövlət xidmətlərinin göstərilməsini modernləşdirmək niyyətində olan başqa ölkələrdə də maraq doğurduğunu əlavə edib.
Onun sözlərinə görə, bundan başqa Azərbaycan “Elekton hökumət”, neft gəlirlərinin idarə olunması, gənclər siyasəti və proqramlarının reallaşdırılması kimi sahələrdə unikal təcrübəyə malikdir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info