“Həqiqət ən böyük diplomatiyadır”
Tarix: 03.10.2014 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Qəbələ forumunda Avropanın
47 ölkəsindən 250 gənc iştirak edir

Dünən Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Gənclər Forumu öz işinə başlayıb.
Oktyabrın 5-dək davam edəcək Forum Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində Gənclər və İdman, Xarici İşlər nazirliklərinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), Avropa Şurasının (AŞ), AŞ-nin Demokratik Vətəndaşlıq və İştirak Direktorluğu Gənclər Departamentinin birgə təşkilatçılığı ilə keçirilir.
Avropanın 47 ölkəsindən 250-yə yaxın nümayəndənin iştirak etdiyi forumun məqsədi “Nifrət Nitqinə Yox Hərəkatı” çərçivəsində milli və Avropa səviyyəsində fəal gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhfə verməkdir. Forumda nifrət nitqi və ayrı-seçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaq. Müzakirələr zamanı iştirakçıların fikirləri və təklifləri dinləniləcək. Qeyd edək ki, “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır.
Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. ARGTMŞ “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir. Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının “No Hate Speech Movement” - “Nifrət Nitqinə Yox Hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib. Bunlar sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən Gənclər Həftəsi, “No Hate Speech Movement” - “Nifrət Nitqinə Yox Hərəkatı” fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir. Bundan əlavə, kampaniyanın andı Azərbaycan tərəfindən hazırlanıb və Avropa Şurasına təqdim edilib. Forum çərçivəsində jurnalistlərə açıqlama verən Avropa Şurasının Gənclər Departamentinin sektor müdiri, “Nifrət Nitqinə Yox Hərəkatı” kampaniyasının rəhbəri Rui Qomeş deyib ki, erməni gənclər dəvət olunmalarına baxmayaraq, Foruma qatılmayıblar. Qonaq deyib ki, forumda nifrət nitqi və ayrı-seçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaq. Müzakirələr zamanı iştirakçıların fikirləri və təklifləri dinləniləcək. Onun sözlərinə görə, bu tədbirdə əsas məqsədlərdən biri də müharibə şəraitində yaşayan gəncləri münaqişənin sülh yolu ilə həllində fəal iştiraka dəvət etməkdir. Rui Qomeş daha sonra deyib: “Həqiqət ən böyük diplomatiyadır. Forumda panellərimizin birini də nifrət nitqinin aradan qaldırmasına həsr edəcəyik”. R.Qomeş bildirib ki, bu kampaniya müxtəlif ölkələrin gəncləri arasında sülhün bərqərar olunmasına təkan verəcək”.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Gürsel Baran: “Azərbaycanda özümüzü evimizdəki kimi hiss etdik”
24.04.2019
Müxalifət dəyişməlidir...
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info