“Erməni silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxarılmalıdır”
Tarix: 03.10.2014 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının dünən keçirilən plenar iclasında xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində AŞPA-da nitq söyləyən E. Məmmədyarov sədrlik etdiyi qurumun fəaliyyəti haqda assambleya üzvlərinə məlumat verib.
Nazir ilk olaraq Ukraynadakı böhran haqqında danışıb və AŞ NK-nin bu məsələ ilə bağlı xüsusi bəyanat verdiyini assambleya üzvlərinin diqqətinə çatdırıb. E. Məmmədyarov Azərbaycanın sədrliyi dövründə AŞ-nin Bakıda keçirilmiş tədbirləri, eləcə də gələn ay Bakıda keçiriləcək korrupsiyaya qarşı tədbirin hazırlıqları haqda məlumat verib. Azərbaycanda uğurla tətbiq olunan “ASAN xidmət”in fəaliyyətinə toxunan E. Məmmədyarov bu təcrübənin digər Avropa ölkələri üçün də faydalı ola biləcəyini bildirib. Azərbaycanda keçirilən Bakı Beynəlxalq Humanitar Forumu haqda da məlumat verən nazir bu tədbirin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində təşkil edilmədiyini, lakin bu məsələnin də Azərbaycan üçün prioritet təşkil etdiyini söyləyib. O, Azərbaycanın sədrliyinin gələn ayın 15-də bitəcəyini xatırladaraq Azərbaycandan sonra quruma sədrlik edəcək Belçika və Bosniyanın fəaliyyətini dəstəkləyəcəklərini vurğulayıb. Xarici işlər naziri çıxışdan sonra sualları cavablandırıb. E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi və dondurulmuş münaqişələrinin həlli ilə bağlı suala AŞ NK sədri kimi deyil, Azərbaycanın xarici işlər naziri kimi cavab verə biləcəyini söyləyib: “Söhbət dondurulmuş münaqişələrdən gedirsə, o zaman mən bu suala Azərbaycan xarici işlər naziri kimi cavab verməli olacağam. Biz son vaxtlar AŞ NK-dəki müzakirələrimizin, çıxışlarımızın çoxunu Ukrayna böhranına həsr etmişdik. Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, bu münaqişə 20 ildən çoxdur davam edir. 1994-cü ildə atəşkəsin elan edilməsi ilə bu münaqişə müvəqqəti dayanıb. Erməni silahlı qüvvələrinin Azərbaycana soxulmaları nəticəsində Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri pozulub və ermənilər tərəfindən bütün bu işğal edilmiş ərazilər azərbaycanlılardan tamamilə təmizlənib. Bildiyiniz kimi, 1994-cü ildən ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə Minsk qrupu münaqişənin həlli ilə məşğul olmağa başladı. Açığı, deməzdim ki, bu məsələdə hansısa irəliləyiş var. Təəssüf ki, ərazilərimiz hələ də işğal altında qalmaqdadır, məcburi köçkünlər öz yurd-yuvalarına qayıda bilmirlər. Regionda təhlükəsizlik baxımından bu, olduqca riskli və mürəkkəb bir məsələdir, regionun stabil inkişafı üçün mənfi hallardan başlıcasıdır. Biz Minsk qrupunun həmməruzəçiləri ilə bu münaqişənin həlli üzərində tədricən işləmək istəyirik. Bizim üçün burada əsas məsələ odur ki, erməni silahlı qüvvələri işğal etdikləri ərazilərdən çıxarılmalıdır və bu ərazilər Azərbaycana qaytarılmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info