Azərbaycan və Türkmənistan hökumətləri arasında protokol imzalanıb
Tarix: 03.10.2014 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Dünən Nazirlər Kabinetində iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyanın dördüncü iclası keçirilib. İclasda çıxış edən komissiyanın həmsədri, Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov iki ölkə arasında əlaqələrin son illərdəki inkişafından danışıb.
Vurğulanıb ki, dövlət başçılarının səyləri nəticəsində əməkdaşlıq əlaqələri getdikcə möhkəmlənir. Komissiyanın əvvəlki iclasından ötən müddət ərzində tərəflər arasında ticari-iqtisadi sahədə konkret layihələr həyata keçirilib, iqtisadi əlaqələrin inkişafına xidmət edən çoxsaylı görüşlər və tədbirlər təşkil olunub. Həmçinin iki ölkənin işgüzar dairələri və təsərrüfat subyektləri arasında əlaqələr də genişlənib. Bildirilib ki, 2013-cü ildə Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi 88,2 milyon ABŞ dolları təşkil edib. Bu baxımdan tərəflər idxal-ixrac əməliyyatlarının və qarşılıqlı xidmətlərin həcminin artırılması istiqamətində zəruri addımlar atmalıdırlar. Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Sapardurdı Toylıyev ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını iclas iştirakçılarına çatdırıb. Qeyd edib ki, son illər neft və qaz, mədəniyyət və elm sahələrində dəfələrlə ortaq tədbirlər keçirilib və bu ənənə davam etdiriləcək. Humanitar sahədə, xüsusilə elmi tədqiqatlar, dənizçilik işi sahələrində əməkdaşlığı genişləndirmək vacibdir. S.Toylıyev vurğulayıb ki, özəl sektorların da əməkdaşlığa cəlb olunması məqsədəuyğundur.
Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekov iki ölkə arasında idxal-ixrac münasibətlərinin böyük perspektivə malik olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ölkələr arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə artır və bu, sıx iqtisadi əməkdaşlığın göstəricisi sayıla bilər. Sonda iclasın yekunlarına dair protokol imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info