Fransanın nüfuzlu “Les Echos” qəzetində Avropa Oyunları barədə məqalə
Tarix: 03.10.2014 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Parisdə gündəlik nəşr olunan nüfuzlu “Les Echos” qəzetində 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqdan bəhs edən “Azərbaycan: Avropa Oyunları diqqət mərkəzində” sərlövhəli məqalə dərc olunub. Məqalədə Azərbaycan hökumətinin Avropa Oyunlarını yüksək səviyyədə təşkil etmək və bununla da ölkəni dünya ictimaiyyətinə Olimpiya vətəni kimi tanıtmaq istədiyi qeyd olunub. Məqalədə xüsusi vurğulanır ki, Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması Azərbaycana tez-tez belə beynəlxalq miqyaslı yarışları keçirməyə imkan verəcəkdir.
Ölkəmizin Cənubi Qafqazda aparıcı dövlət olduğunu vurğulayan müəllif Olivye Bindən yazır ki, Azərbaycan inkişaf səviyyəsinə görə beynəlxalq aləmdə ciddi nüfuz qazanıb və Qərb dövlətlərinin diqqətini özünə cəlb edib. Zəngin karbohidrogen ehtiyatları olan Azərbaycan qeyri-neft sektorunu, o cümlədən turizm imkanlarını genişləndirməklə iqtisadiyyatını daha da inkişaf etdirməkdə maraqlıdır.
Yazıda Azərbaycan xalqının tolerantlığı, Avropa və Asiya arasında körpü rolu oynadığı, ölkəmizin coğrafi məkanının mühüm strateji əhəmiyyət kəsb etdiyi, Qərbə inteqrasiyada maraqlı olduğu barədə fransız oxucularına ətraflı məlumat verilib.
Məqalədə, həmçinin bildirilir ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarında 50-yə yaxın ölkədən 6 mindən çox idmançının iştirak edəcəyi gözlənilir.
Oliviye Bundən Avropa Oyunlarının keçiriləcəyi stadionun 65 min tamaşaçı üçün nəzərdə tutulduğunu və bütün tələblərə cavab verən müasir tipli olacağını qeyd edib, bəzi yarışların "Baku Crystal Hall"un səhnəsində keçiriləcəyini vurğulayıb.
Avropa Oyunlarına hazırlığın vəziyyətini öyrənmək üçün Təşkilat Komitəsi rəhbərliyinin bir neçə dəfə Azərbaycana səfər etdiyi, oyunların televiziya kanalları vasitəsilə bütün dünyada yayımlanacağı da məqalədə yer alıb.
Müəllif qeyd edir ki, Azərbaycan hökuməti Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə ölkənin inkişaf strategiyasını dünya ictimaiyyətinə çatdırmaq istəyib.
Sonda bildirilir ki, 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahiblik etmək istəyən namizəd şəhərlər arasında Bakının şansı daha çoxdur.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq olar: www.lesechos.fr/des-debats/cercle/cercle-110513-azerbaidjan-les-jo-en-ligne-de-mire-1046163.php.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info