Cahangir Qocayev: “Gələcəkdə paytaxtın əsas ictimai nəqliyyat vasitələrindən biri tramvay olacaq”
Tarix: 03.10.2014 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Böyük Bakının Regional İnkişaf Planında paytaxtın nəqliyyat və ekoloji probleminin həlli də nəzərə alınıb. Belə ki, gələcəkdə sərnişin daşınmasında elektriklə işləyən nəqliyyat vasitələrinə daha çox üstünlük veriləcək.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev qeyd edib ki, gələcəkdə paytaxtda sərnişindaşımada əsas nəqliyyat vasitələrindən biri tramvay olacaq. Bu, ekoloji cəhətdən olduqca vacibdir. Xüsusən bulvar ətrafında ekoloji standartlara uyğun olmayan nəqliyyat vasitələrinin hərəkətinin qarşısı alınmalıdır. Bu baxımdan bulvarboyu tramvay xəttinin çəkilməsi daha mühüm addım olardı.
Gələcəkdə su nəqliyyatından da geniş istifadə olunacağını söyləyən C.Qocayev deyib: “Bildiyimiz kimi, Pirallahı rayonu adalardan ibarətdir. Eyni zamanda, Xəzər İslands adaları inşa olunur. Təbii ki, bu kimi yerlərdə su taksilərinin fəaliyyətindən geniş istifadə etmək daha əlverişlidir. Zamanı qabaqlamaq istəməsəm də, vaxt gələcək Bakıda günəş batareyaları ilə işləyən nəqliyyat vasitələrini də görəcəyik. Qaradağa, Sumqayıta və digər istiqamətlərə elektrik qatarlarının işləməsi də aktual məsələlər sırasındadır. Bunlar təkcə bizim istəyimiz deyil, zamanın tələbidir”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Lerik və Yardımlıda elektrik enerjisi infrastrukturu yenidən qurulur
24.09.2018
Neftin qiyməti 100 dollara yüksələcək
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info