TGT-lərə “Bakı 2015” Könüllülük proqramı təqdim edilib
Tarix: 03.10.2014 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) qərargahında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) daxil, Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrinin 53 Tələbə Gənclər Təşkilatından (TGT) 80-ə yaxın nümayəndənin iştirakı ilə görüş keçirilib.
Əsas məqsədi “Bakı 2015” oyunlarına könüllülərin cəlb edilməsində BEGOC və TGT-lər arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi olan görüşdə BEGOC-un Könüllülər Departamentinin meneceri Atif Qəmbərov oyunların könüllü proqramını TGT-lərə təqdim edib, onun əsas prioritetlərini qeyd edib.
Daha sonra çıxış edən BEGOC-un İnsan resursları şöbəsinin direktoru Rob Klark TGT-lərə müraciət edərək, könüllü işinin vacibliyini vurğuladı və onları “Bakı 2015” Avropa Oyunlarını dəstəkləməyə səsləyib.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (AzGF) icraçı direktoru Fərhad Hacıyev isə öz çıxışında ölkə gənclərinin bu mötəbər idman yarışlarında da fəal iştirak edəcəyindən əmin olduğunu bildirib, TGT-lərdən ünvanlanan sualları cavablandırıb.
Xatırladırıq ki, “Bakı 2015” İlk Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub
23.05.2019
600 əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info