Akif Əlizadə: “Təəssüf ki, dünyada elmi nailiyyətlər yeni silahların yaradılmasına yönəldilir”
Tarix: 03.10.2014 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Beynəlxalq Humanitar Forumu artıq dördüncü ildir öz qapılarını dünyanın müxtəlif ictimai, elmi təbəqələrini təmsil edən insanların üzünə açır. Bu, o deməkdir ki, humanitar aspektli mövzuların dərindən müzakirəsinə böyük ehtiyac var və hər il olduğu kimi, builki forum da bu tələbləri tam mənası ilə müzakirə etməyə hazırdır”. Bunu Bakıda keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" mövzusunda keçirilən dəyirmi masada çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib. A. Əlizadə bildirib ki, XXI əsrdə yaşamağımıza baxmayaraq, yer kürəsində hələ də münaqişələr, müharibələr səngimək bilmir, torpaqlar zəbt edilir, insanlar, dil, din, mədəni və ictimai mənsubiyyətlərini əsasında torpaqlarından sürgün edilir, öldürülür: “Elmi nailiyyətlər yeni silahların yaradılmasına doğru yönəldilir, kütləvi qırğın silahlarından imtina yerinə, hələ də onlara sahib olmaq uğrunda mübarizə aparılır. XXI əsrdə biz hətta kimyəvi silahların dinc əhaliyə qarşı istifadəsinin şahidi oluruq. Təbabət elminin əldə etdiyi böyük uğurlara baxmayaraq, bu gün də bir çox regionlarda insanlar müxtəlif xəstəliklərə, epidemiyalara, “quş qripi”nə, “Ebola” virusuna, vəba xəstəliyinə qarşı mübarizə aparırlar. Bir sözlə, bəşəriyyətin çoxmədəniyyətli bir cəmiyyətdə dinc, mehriban, qardaş kimi yaşamağa, əldə olunan elmi nailiyyətləri və yüksək texnologiyaları yalnız sivil inkişaf uğrunda istifadə etmək imkanına malik olmasına böyük ehtiyac var. Biz də forumun ənənələrinə sadiq qalaraq, yenidən sizləri "Texnologiyaların konvensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" adlı dəyirmi masanın ətrafında toplamışıq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info