“Kobaniyyəni “İŞİD”dən qorumaq niyyətindəyik”
Tarix: 03.10.2014 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Türkiyə Suriyanın kürdlər yaşayan Kobaniyyə yaşayış məntəqəsini “İŞİD” terror təşkilatının yaraqlılarından qorumaq niyyətindədir. Bu barədə Türkiyənin Baş naziri Əhməd Davudoğlu "A Haber" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Türkiyə qanunvericiliyində edilən son dəyişikliklərə görə, ölkənin Silahlı Qüvvələri digər dövlətlərin ərazisindəki hərbi əməliyyatlarda iştirak etmək hüququna malikdir.
Baş nazir həmçinin qeyd edib ki, dövlət ölkə parlamentinin Türkiyə SQ-yə Suriya və İraq ərazisindəki hərbi əməliyyatlarda iştirak etmək hüququ verən mandatı təsdiqləməsindən faydalanmaq niyyətindədir.
Türkiyə parlamenti ölkə SQ-nin xaricdə hərbi əməliyyatlarda iştirakına icazə verib.
Mandatın lehinə 396 deputatdan 298-i, əleyhinə isə 98-i səs verib.
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Millətçi Hərəkat Partiyası (MHP), eləcə də ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da sənədi dəstəkləyib.
Bundan əvvəl Cümhuriyyət Xalq Partiyası (CHP) və kürdyönümlü Xalq Demokrat Partiyası bu sənədi dəstəkləmədiklərini bəyan etmişdilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info