Bakıda sosial media məsələri müzakirə olunub
Tarix: 03.10.2014 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” "dəyirmi masa"sının panellərindən biri "Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXI əsr jurnalistikasının problemləri" mövzusuna həsr olunub.
Panelə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) baş katibi, Rusiyanın İTAR-TASS agentliyinin baş direktorunun 1-ci müavini Mixail Qusman moderatorluq edib.
Paneldə çıxış edən Avropa Xəbər Agentlikləri Alyansının (EANA) sabiq prezidenti, Avstriyanın APA agentliyinin baş icraçı direktoru Piter Kropş deyib ki, sosial media özünün sürətli inkişaf dövrünü yaşayır. Onun fikrincə, sosial media ənənəvi medianın bəzi çatışmazlığını örtür. Çünki məlumatları sosial mediada yerləşdirmək çox asandır. Lakin təbii ki, sosial medianın da öz çatışmazlıqları var: "Sosial media dostlar kimi qəbul edilməlidir. Bəzi dostların xoşagəlməz davranışları da olur".
O, həmçinin qeyd edib ki, sosial media fəaliyyətində manipulyasiyaya və korrupsiyaya yol versə, bu, onun məhvinə gətirib çıxara bilər: "Lakin mən sosial medianı etibarlı xəbər mənbəyi kimi qəbul edirəm".
P.Kropş həmçinin bildirib ki, xəbər agentlikləri cəmiyyətdə mühüm rol oynayır: "Xəbər agentliklərini mühüm funksiyanı yerinə yetirir. Onlar bütün auditoriya üçün məlumatın qəbul edilməsi və onun dünyada müvafiq təlimatlar vasitəsilə düzgün qavranılması dəyərini müəyyənləşdirir. Bununla yanaşı, onlar yeni səriştələr əldə edirlər. Düşünürəm ki, onlar cəmiyyət üçün mühüm rol oynamaqda davam edəcəklər".
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info