“Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşma mövcuddur”
Tarix: 03.10.2014 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. Bunu cümə günü Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru" mövzusunda dəyirmi masada bildirib. Dövlət müşaviri deyib: “2014-cü il fevralın 28-də Azərbaycanda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edildi, 2014-cü il 15 may tarixində Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında sərəncam imzaladı”. Onun sözlərinə görə, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şərait yaradılıb: "Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılıb. Müasir Azərbaycanda multikulturalizmin möhkəmləndirilməsi və saxlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xüsusi rol oynayıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. Dövlət müşaviri qeyd edib ki, Azərbaycanda siyasi multikulturalizmin banisi Heydər Əliyevdir. Ümummilli lider bu məsələni ölkədə demokratiyanın ayrılmaz hissəsi hesab edirdi. Onun sözlərinə görə, Azərbaycanda multikulturalizm atmosferinin saxlanması üçün ölkə rəhbərliyi beynəlxalq təşkilatlarla, o cümlədən BMT, ATƏT, İƏT və Aİ ilə sıx əməkdaşlıq edir. Dövlət müşaviri bildirib ki, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşma mövcuddur: "Göstərilən məsələyə xüsusi diqqət ayrılır və hazırkı forum multikultural təhlükəsizliyin intellektual göstəricilərindən biridir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info