Elmir Vəlizadə: “Elektron hökumətdən istifadə edən vətəndaş portaldan xəbərdar olmalıdır”
Tarix: 03.10.2014 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Azərbaycanda “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və video süjet müsabiqəsinin elan edilməsi ilə bağlı mətbuat konfransı keçirib. Müsabiqə “Mənim E hökum@im” adı altında “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla 2 (iki) nominasiya üzrə nəzərdə tutulub. Təqdimatda Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, MHM-nin direktoru Nail Mərdanov, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı və digər mütəxəssislər iştirak edib.
Təqdimat mərasimində Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda çıxış edib.
O bildirib ki, müsabiqəni keçirməkdə əsas məqsəd odur ki, Azərbaycanda formalaşmaqda olan elektron hökumətin əhaliyə və vətəndaşlara çatdırılmasında, onun istifadəsinin kütləviləşdirilməsində görülən işlər haqqında daha geniş məlumatla vətəndaşları təmin etməkdir: "Eyni zamanda elektron hökumətdən istifadə edən vətəndaş portaldan xəbərdar olmalıdır. Digər tərəfdən elektron hökumət vətəndaşlarımızın müxtəlif dövlət orqanları ilə internet vasitəsilə rahat əlaqə yaratmasına kömək edir. Bu istiqamətdə işlər görülür və elektron hökumət portalı 2 ildir vətəndaşların istifadəsinə verilib. Portala qoşulmuş xidmətlərin sayı 400-ə yaxındır. Nazirlər Kabinetində qoşulmuş xidmətlərin sayı 291-dir".
Müsabiqənin məqsədi dövlət orqanlarının təqdim etdiyi elektron xidmətləri geniş kütləyə çatdırmaq, elektron hökumət portalının (e-gov.az) populyarlığını artırmaq, yeni elektron xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaq, portalın fəaliyyətinin təkmilləşdirilməsi üçün çatışmazlıqları araşdırmaqdır.
Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə www.e-gov.az portalında qeydiyyatdan keçməli, məqalələri və ya video materialları göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidirlər. Qeydiyyat noyabrın 10-dək aparılacaq. Hər iştirakçı müsabiqəyə yalnız bir yazı və bir video süjet təqdim edə bilər. Yazı həftədə ən azı bir dəfə dərc olunan mətbu orqanda və ya informasiya saytında çap edilməlidir. Hazırlanan video materiallar isə müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də nümayiş olunmamalıdır. Video 1 dəqiqədən az, 5 dəqiqədən çox ola bilməz. Məqalə 8000 simvoldan az (2 A4 vərəqi), 14000 simvoldan çox olmamalıdır. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Hər bir məqalə və süjet də “Elektron hökumət” portalının ünvanının (www.e-gov.az) göstərilməsi əsas şərtlərdəndir. Müsabiqə üçün yazılmış məqalələr və video süjetlər musabiqa@rabita.az ünvanına göndərilməlidir.
Qeyd edək ki, məqalələrin dərc olunma tarixi qeydiyyat tarixindən sonrakı tarixə uyğun olmalıdır. Yazı və videolar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək. “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” üzrə 1-ci yeri qazananlar 2500 manat, ikinci yeri qazananlar 1500 manat, 3-4-5 yeri qazananlar isə noutbukla mükafatlandırılacaqlar. Bundan başqa, müsabiqədə iştirak edən hər bir iştirakçıya e-imza vəsiqəsi və kart oxuyucu təqdim ediləcək.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info