Səbaillilərin əsgərlərimizə bayram töhfəsi
Tarix: 03.10.2014 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Xalqımızın əziz bayramlarından olan Qurban bayramı ilə bağlı Səbail rayonunda keçirilən tədbirlər çərçivəsində rayonun günbəgün böyüyən və inkişaf edən Badamdar qəsəbəsində qəsəbə icra nümayəndəliyi və qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbədəki «N» saylı hərbi hissədə böyük bayram şənliyi keçirilib. Səbail Rayon İcra Hakimiyyəti, qəsəbə ictimaiyyətinin nümayəndələrinin, bələdiyyə üzvlərinin, ağsaqqalların, qəsəbədəki 236, 239 və 329 saylı orta məktəblərin kollektivlərinin nümayəndələri ənənəvi olaraq qəsəbədəki hərbi hissələrin şəxsi heyətinin görüşünə gəliblər. Qəsəbədəki hər iki hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi tədbiri «N» saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Namiq Əfəndiyev açıb, Qurban bayramı münasibəti ilə şəxsi heyəti və qonaqları bayram münasibəti ilə təbrik edib. O, ölkə rəhbərliyi tərəfindən ordu quruculuğu istiqamətində apardığı işlərdən, hərbi hissənin şəxsi heyətinin döyüş hazırlığı işlərində əldə etdikləri uğurlardan danışıb.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev Qurban bayramı münasibəti ilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb. Z.Əliyev ölkə başçısı İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən Badamdar qəsəbəsində son illərdə həyata keçirilən sosialyönümlü layihələr barədə məlumat verib, qəsəbədəki quruculuq və abadlıq işlərində hərbçilərimizin də iştirakını da qeyd edib.
Səbail rayonu 236 saylı orta məktəbin direktoru, əməkdar müəllim Xanlar İmaməliyev və Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Sadiq Mehrəliyev hərbi hissənin şəxsi heyətini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib. Qeyd olunub ki, bu günlərdə keçirilən Azərbaycan və qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin birgə təlimləri, ordumuzun təchiz olunduğu müasir silah və texnikanın təlimlər zamanı nümayişi növbəti dəfə Azərbaycan Ordusunun gücünü bütün dünyaya bəyan edib. Xidmətdə fərqlənən bir qrup hərbiçi Səbail RİH-nin qiymətli hədiyyələri ilə mükafatlandırıldı.
Daha sonra qurbanlar kəsildi və əsgərlər üçün bayram süfrəsi təşkil olundu.
Tanınmış incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti keçirildi, tədbirdə iştirak edən əsgərlərimizə bayram sovqatları təqdim edildi.

Müqəddəs Qurban bayramı Səbail rayonunda qeyd olundu

Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban bayramı Azərbaycanda son illərdə böyük təmtəraqla keçirilir. Bu zaman hər bir insan öz xeyirxah əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail rayonundakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi təşkil olunub. Keçirilən tədbirlərdən biri rayonun 20-ci yaşayış sahəsindəki «Elay» restoranında təşkil olunmuş mərasim olub. Rayonda fəaliyyət göstərən Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Qarabağ əlilləri, Müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon təşkilatının, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar Cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrucestvo» cəmiyyətlərinin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanları Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev müqəddəs Qurban Bayramı münasibəsi ilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulayıb. O, rayonda həyata keçirilər sosialyönümlü işlər barədə məlumat verib, bildirilib ki, bu işlərlə yanaşı rayon sakinlərindən 4 nəfər həcc ziyarətinə göndərilib, Qurban bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 25 yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 5 mindən çox ailəyə qurban payları təqdim ediləcək. Tədbirdə çıxış edən ictimai birliklərin, veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı İlham Əliyevə öz minnətdarlıqlarını bildirib.
Qurban bayramı ilə əlaqədar tədbirlər Badamdar və Bibiheybət qəsəbələrində, «Bibiheybət» ziyarətgahı və İçəri şəhərdəki «Cümə» məscidində də keçirilib, daha sonra məscidlərdə imkansızlar üçün bayram süfrələri təşkil olunub.

Nigar Abdullayeva








 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info