“Reflex”: “İran və Rusiya birləşir”
Tarix: 03.10.2014 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


“Böyük Rusiya-İran-Çin koalisiyası yaranacaq və bu, yaxın illərdə ABŞ üçün dünyada ciddi təhdid olacaq”

Avropa ölkələri və Qərb ekspertləri, mediası İran və Rusiyanın regionda və beynəlxalq arenada bir-birinə daha da yaxınlaşmasından və strateji əlaqələr qurmasından təşvişə düşüb. Bu barədə bu dəfə Çexiya mediası yazıb.
Çexiyanın "Reflex" qəzeti yazıb ki, İran və Rusiya birləşir: “Bazar ertəsi günü İran prezidenti Həsən Ruhani Qərbin Rusiyaya qarşı sanksiyalarını kəskin tənqid etdi və onları “pis alət” adlandırdı və bəyan etdi ki, onun ölkəsi Rusiyaya hər cür tələb olunan kömək etməyə hazırdır. Ruhaninin sözlərinə görə, mümkün əks-tədbirlərin müxtəlif variantları var. O, bu barədə Rusiyanın dövlət telekanalı olan “Rossiya-24”ə bildirib.
Belə görünür ki, biz İranla Rusiya arasında böyük və qlobal alicənablığın şahidinə çevrilirik. Ötən həftə BMT-nin Baş Assambleyasında İran prezidenti bəyan edib ki, İran və Rusiya atom energetikası ilə bağlı layihələrdə maraqlıdırlar. Ticarət və energetika sahələrində geniş əməkdaşlığa ölkələr çoxdan maraq göstərirlər. Bununla bərabər, atom sahəsi İranla Qərb arasında mübahisə predmeti olaraq qalır. Qərb İranın nüvə silahı əldə etmək istəyindən şübhəlidir. Əgər bu belədirsə və İrana nüvə silahı əldə etmək müyəssər olacaqsa, bu, artıq regionda yeni güc yerdəyişməsi demək olacaq”.
Daha sonra yazıda qeyd edilir ki, Ruhani Rusiyanın cənubundakı Həştərxanda Xəzəryanı ölkələrin sammitində iştirak edib və orada Xəzəryanı dövlətlərin başçıları ilə görüşüb.
Yazıda daha sonra qeyd edilir: “Ruhani ilə Putin, ölkələri Qərbin sanksiyalarına gəldikləri üçün, danışmağa sözləri çox olub. Amma eyni zamanda, Rusiyanın Ukraynaya müdaxiləsi burada onun vəziyyətini bir qədər başqalaşdırır. Amma ABŞ-la İran arasındakı münasibətlər çoxdan pisləşmiş durumdadır. Məhəmməd Rza Pəhləvi rejiminin devrilməsindən sonra - 1979-cu ildən bu münasibətlər pisdir.
Qərb KİV-lərinin, məsələn, “New York Times” qəzetinin redaktoru Rik Qladstonun fikrincə, İranda daha sərt xəttin sadiq tərəfdarları dini lider Xamneyini inandıra biliblər ki, Rusiya ilə iqtisadi əlaqələrin yaxşılaşdırılması İranın nüfuzunu daha da möhkəmlədəcək.
Avqustda iranlılar və ruslar artıq Rusiyanın neft, İranın isə energetika və maşınqayırma məhsulları üçün avadanlıq və ərzaq alacağı ilə bağlı təxmini razılığa gəliblər”.
O da qeyd edilir ki, Xəzər dənizində Rusiya, İran, eləcə də Azərbaycan, Qazaxıstan və Türkmənistanın ayrıca maraqları var və bu maraqlar Xəzərin bölüşdürülməsi məsələsində toqquşur: “Rusiya buna görə nə vaxtsa İrana qarşı BMT-nin sanksiyalarını dəstəkləyib və bu sanksiyalar İran iqtisadiyyatının inkişafına mane olur”. Bildirilir ki, əgər bu gün bu iki ölkə yaxınlaşırlarsa, bu, artıq yeni vəziyyət yaradır.
Rusiya İran neftinin böyük ixracatçısına çevrilə bilər. Moskva və Tehran bilirlər ki, onların ümumi geostrateji maraqları var. Məsələn, Bəşər Əsədin Suriyada müdafiə edilməsi. Bəşər Əsəd Qərbin dəstəklədiyi üsyançılarla döyüşür. Onlara bu məsələdə Çin də qoşulur. Çin isə neft idxalının artırılmasında maraqlıdır. Əgər bu tendensiya davam edərsə, onda, böyük Rusiya-İran-Çin koalisiyası yaranacaq ki, yaxın illərdə və qarşıdakı onillikdə ABŞ üçün dünyada ciddi təhdid olacaq”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info