Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərə şirkətlərinin adını bron etmək imkanı yaradıb
Tarix: 03.10.2014 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Ölkədə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı proseduralarının təkmilləşdirilməsi məqsədi ilə, Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində “Kommersiya hüquqi şəxsin adının bron (rezerv) edilməsi” xidməti istifadəyə verilib. Vergilər Nazirliyindən verilən məlumata görə, bu xidmət vasitəsilə yerli investisiyalı kommersiya hüquqi şəxsi (MMC) təsis edən vətəndaşlara e-qeydiyyata alınacaq hüquqi şəxs üçün seçdikləri adın vergi orqanında 60 gün müddətində bron (rezerv) etdirmək imkanı yaradılacaq.
Yalnız “Asan imza” sahiblərinə göstərilən bu xidmət vasitəsilə vahid zaman kəsiyində hər bir şəxs tərəfindən yalnız bir ad bron edilə bilər, yəni “gözləmədə” olan bron olunmuş ad təyinatı üzrə istifadə edildikdə və ya bronun qüvvədə olduğu müddət (60 gün) bitdikdə həmin şəxs tərəfindən yeni ad bron edilə bilər. Bron olunma müddəti kommersiya hüquqi şəxsi üçün seçilmiş adın vergi orqanı tərəfindən brona qəbul edildiyi gündən hesablanır.
Bron qüvvədə olan müddətdə bron edilmiş ad “Eyni adlı hüquqi şəxsin olub-olmamasının yoxlanılması” xidmətinə də əlavə ediləcək və onun digər istifadəçilər tərəfindən təkrar seçilməsinə yol verilməyəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info