“Bakı 2015“ Avropa Oyunları Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalına dəvət olunub
Tarix: 03.10.2014 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


"Bakı 2015" Avropa Oyunları Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalında gələn yayın ilk Avropa Oyunları haqqında ətraflı təqdimat keçirəcək.
Bir həftə davam edəcək nüfuzlu görüş Rusiya Federasiyasının bu ilin əvvəlində Qış Olimpiya və Paralimpiya Oyunlarına uğurla ev sahibliyi etmiş Soçi şəhərində keçirilir.
Bakı 2015-in korporativ direktoru Elçin Səfərov Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən qazanılmış son uğurları və Azərbaycanın idman nailiyyətlərini müzakirə etmək üçün Soçi şəhərinə gedən nümayəndə heyətinə rəhbərlik edəcək.
E.Səfərov qeyd edib: "Biz Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalına dəvət olunmaqdan qürur duyur və tədbiri səbirsizliklə gözləyirik. Bu, qonşu ölkənin Bakı 2015 Avropa Oyunları üçün planların nə dərəcədə inkişaf etdiyini və artıq qitədə maraq və stimulun necə yaranmasını başa düşməsinə kömək etmək üçün əhəmiyyətli fürsətdir. Bizim təqdimatımız və mühazirəmizdə əsas diqqət ilk Avropa Oyunlarının 20 idman növü üçün innovativ planlar və bu vaxta qədər işlərimizə necə nail olduğumuza cəmləşəcək. Mən bu təklifə görə Rusiya Jurnalistlər İttifaqının rəhbəri cənab Vsevolod Boqdanova təşəkkür edirəm".
Rusiya Jurnalistlər İttifaqı tərəfindən təşkil olunan Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalı artıq 18 ildir keçirilir və bu festivalda 1000-dən çox nüfuzlu media nümayəndəsi iştirak edəcək.
Digər iştirakçıların sırasına Birləşmiş Millətlər Təşkilatının üzvləri, YUNESKO nümayəndələri, müxtəlif beynəlxalq jurnalist təşkilatlarının və Avropa media qurumlarının rəhbərləri daxildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Barselona“ yeni transferini icarəyə göndərdi
19.07.2019
Lukakunun alternativini tapdı
19.07.2019
Avropa Liqasında 43 oyun keçirilib, “Reyncers” “Neftçi”yə şərik olub
19.07.2019
“Qəbələ”nin Avropa Liqasındakı rəqibi müəyyənləşib
19.07.2019
“Neftçi” “Speranta”nı darmadağın edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10834

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info