“Bu, hələ son deyil”
Tarix: 04.10.2014 | Saat: 01:46:00 | E-mail | Çapa göndər


"Məğlubiyyətə üzülmədim. Futbolda belə halların olması normaldır. Biz meydanda böyük səhvlər etdik. Bəzi futbolçular mənim tapşırığımı yerinə yetirmədi".
Klubun rəsmi saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində məğlub olduqları "İnter"lə görüşdən sonra deyib. Təcrübəli mütəxəssis "İnter"lə Bakıdakı cavab görüşündə fərqli oyun sərgiləyəcəklərini bildirib: "Bəlkə də çoxları düşünürdü ki, bu gün "Qarabağ" müdafiə oyunu sərgiləyəcək. Amma biz bunu etmədik, topu özümüzdə saxlamaqla hücum qurmağa çalışdıq. İki real qol şansımız oldu, ancaq bunlardan yararlana bilmədik. Bu, hələ son deyil. Qarşıda bizi "İnter"lə cavab oyunu gözləyir. Bu oyunda Avropa nəhənginə qarşı etdiyimiz səhvləri analiz edib, Bakıdakı oyunda daha fərqli oyun sərgiləyəcəyik". Qeyd edək ki, qrupdakı ilk oyununda evdə "Sent-Etyen"lə 0:0 bərabərə qalan "Qarabağ" ikinci matçında səfərdə "İnter"ə uduzub - 0:2. "İnter"in baş məşqçisi Valter Matsari isə oyunun çətin keçdiyini deyib:"Çətin oyun oldu. "Qarabağ" güclü komandadır. Ona görə də qələbə qazanmaq asan olmadı”. Təcrübəli mütəxəssis "Qarabağ"la görüşdəki qələbənin onlar üçün çox önəmli olduğunu bildirib: "Bir neçə zədəli futbolçumuz oynamadı. Bununla belə, qələbə qazanmağı bacardıq. Qrup mərhələsində qarşıya qoyulan vəzifəni erkən yerinə yetirməliyik. Bu mənada "Qarabağ"la oyunda qazanılan qələbə çox önəmlidir. Lakin artıq biz bu oyunu unudub, bazar günü A Seriyada qarşılaşacağımız "Fiorentina" ilə matç haqda düşünməliyik".




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı
26.06.2019
“Minsk 2019“ : Azərbaycan badmintonçusu səkkizdəbir finala vəsiqə qazanıb
25.06.2019
Mini futbol üzrə yarışlar başa çatdı
24.06.2019
“Ramal Aslanov sırf Azərbaycan kikboksinq məktəbinin yetirməsidir”
24.06.2019
Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info