Türkiyə DİN-dən etirazçılara çağırış
Tarix: 08.10.2014 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Türkiyənin xarici işlər naziri Əfqan Əla Diyarbəkir, Mardin, Siirt, Muş, Van və Batman vilayətlərinin əhalisini təhlükəli forma aldığına görə qarşıdurmaları və etiraz aksiyalarını dayandırmağa çağırıb. Bu barədə Türkiyənin "Milliyyət" qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, qarşıdurmalar və etiraz aksiyaları ilə bir məsələni belə həll etmək mümkün deyil.
Nazir ölkədəki qarşıdurmaların və istənilən zorakılıq hallarının qarşısının alınacağını bildirib.
Qeyd edək ki, ölkənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilib. Komendant saatı Diyarbəkir, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib.
Məhz bu bölgələrdə etirazlar və iğtişaşlar daha geniş vüsət alıb. Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurur, polis əməkdaşlarını daş-qalaq edirlər. Onlar, həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək bina və obyektlərə, avtomobillərə od vururlar.
Etiraz aksiyalarında əsasən yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər.
Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir.
Qeyd edək ki, bu şəhərdə “İŞİD” qüvvələri və kürd özünümüdafiə dəstələri arasında hazırda şiddətli döyüşlər davam edir və etirazçılar rəsmi Ankaranın münaqişəyə müdaxilə etməmək və gözləmə siyasətinə üstünlük verməsinə qarşı çıxırlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Cakartada kütləvi etiraz aksiyaları davam edir
23.05.2019
MSK İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi qərarına aydınlıq gətirib
23.05.2019
Meksikada cinayətkar qruplaşmalar arasında toqquşma
23.05.2019
İngiltərənin baş naziri Tereza Meyin iddiası
23.05.2019
Әfqanıstanda terror tәşkilatı DEAŞ-a ağır zәrbә endirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info