Piter Şol-Latour: “Qafqazda ən istiqanlı xalq azərbaycanlılardır”
Tarix: 08.10.2014 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Otuzdan çox kitabın müəllifi, səyyah, jurnalist, professor Piter Şol-Latour “TV Berlin” telekanalının “Məkanımız Berlindir” proqramına Azərbaycan haqqında müsahibə verib. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, proqramın aparıcısı Brinkmann verilişin Piter Şol-Latourun Berlindəki evindən aparıldığını bildirdikdən sonra əsas məqsədin Azərbaycan mövzusunun müzakirəsi olduğunu söyləyib və bir sıra suallarla müsahibinə müraciət edib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Piter Şol-Latour bəyan edib ki, ermənilər Azərbaycan ərazisini Rusiyanın hərbi dəstəyi nəticəsində ələ keçirib. Aparıcının “Hüquqi standartlarla mühakimə etsək, ermənilərin hərəkətləri beynəlxalq hüquqa ziddirmi?” sualına “Heç şübhəsiz”, - deyə cavab verən professor qeyd edib ki, ermənilər nəinki Dağlıq Qarabağı ərazisini işğal ediblər, onlar hətta daha irəli gedərək misal üçün, Ağdamı və digər rayonları da işğal ediblər: “Ağdam keçmiş Dağlıq Qarabağın xaricindədir və strateji olaraq çox vacib mövqedədir. Hazırda Azərbaycanın ərazisinin beşdə biri işğal altındadır”.
Aparıcının “Niyə biz bunu müzakirə etmirik? Həmişə inanırıq ki, ərazi toxunulmazlığı prinsipinə riayət olunur. Lakin bu halda görünür ki, heç nəyə məhəl qoyulmayıb” fikrinə münasibət bildirən Piter Şol-Latour ermənilərə olan simpatiyadan bəhs edərək, Fransada böyük təsirə malik erməni icmasının mövcud olduğunu nəzərə çatdırıb.
Müsahibənin gedişi zamanı aparıcı Brinkmann çox maraqlı bir məsələyə də diqqəti cəlb edib: “Bu gün biz Azərbaycan və Ermənistan arasında olan münaqişəni müzakirə edirik. Mən bu məsələ ilə bağlı ilk dəfə Bakıdakı mahnı müsabiqəsi zamanı xəbərdar edildim. Azərbaycanlılar həmişə aydın şəkildə bildirirdilər ki, biz müharibə şəraitindəyik. Almanlar isə sual verirdilər: “Nə müharibə? Nə üçün müharibə hələ bitməyib?”
Piter Şol-Latour bununla əlaqədar qeyd edib ki, bu, Azərbaycan üçün faciəvi vəziyyətdir: “Münaqişə ilə məşğul olan qrup var. Beş dövlət təmsil olunur, lakin qrup heç bir iş görmür”.
Müsahibədə neft və qaz kəmərləri ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Aparıcının “Azərbaycan qazı “Nabucco” kəmərini təmin edə bilərdi, lakin indi biz qazı başqa kəmər vasitəsilə alırıq” fikrinə də professor Piter Şol-Latour diqqətəlayiq cavab verib. Onun sözlərinə görə, bu, Almaniya və bütün Qərbi Avropa üçün maraqlı bir faktdır ki, Avropanın böyük həcmdə asılı olduğu Rusiya təbii qazı və xam neftindən başqa da, ayrı vacib mənbə var: “Tarixən də belə olub, misal üçün, Hitlerin cənuba, Qafqaza irəliləmə səbəbi alman silahlı qüvvələri üçün benzin və ağ neft əldə etmə ehtiyacı ilə izah olunur. Ona görə də Hitler üçün Bakının işğalı Moskvanın işğalından daha önəmli idi. Lakin onun tabeliyində olan insanlar bunu dərk etməmişdilər”.
Piter Şol-Latour müsahibə kontekstində azərbaycanlılar haqqında da maraqlı fikirlər söyləyib: “Mən müxtəlif Qafqaz xalqları ilə tanış olmuşam, lakin ən istiqanlıları azərbaycanlılardır və mən bunu yalnız sizə xoş olsun deyə demirəm. Onlar poeziyaya meyllidirlər, aqressivliyə o qədər də meylli deyillər, çox mədəni və mehriban insanlardır. Mən Bakıda və onun ətrafında özümü çox rahat hiss etdim və Ermənistan ərazisi ilə ayrılan kiçik anklav olan Naxçıvanda çox qonaqpərvər və mehriban insanlarla tanış oldum”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info