Azərbaycan Gənc Diplomatları Birliyi Qazaxstanda mühüm uğura imza atdı
Tarix: 08.10.2014 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən “King Hotel”də Azərbaycan Gənc Diplomatlar Birliyinin təşkilatçılığı ilə “Azərbaycan-Qazaxıstan xalqlararası münasibətlərin inkişafında gənclərin rolunun təmin edilməsi” layihəsi çərçivəsində “Azərbaycan- Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin inkişafında gənclərin rolu” mövzusunda beynəlxalq konfrans öz işini başa çatdırıb. Tədbirdə Türk Akademiyasının nümayəndəsi, “Too United World”un direktoru Nadira Аxonova,Turan-Astana Universitetinin, Avrasiya Milli Universitetinin fəal tələbələri və Qazaxıstanın müxtəlif gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Qazaxıstana səfər çərçivəsində Turan-Astana Universiteti və Türk Akademiyasında görüşlər keçirilib. Türk Akademiyanın prezidenti ilə görüş zamanı Azərbaycan Gənc Diplomatlar Birliyi ilə Akademiya arasında əlaqələrin qurulması və onun inkişaf perspektivləri mövzusunda müzakirələr keçirilib. AGDB-nin mətbuat katibi Həsən Babayevin verdiyi məlumata əsasən, artıq Türk Akademiyası AGDB-ni özünün tərəfdaş təşkilatı kimi nəzərdə tutur, bununla bağlı ilkin razılaşma da əldə olunub: “Eyni zamanda, gələcəkdə bu sahədə, xüsusilə, daha böyük layihələrin müzakirəsi, reallaşdırılması baxımından əməkdaşlığın daha da genişləndirilməsi məsələsi diqqət mərkəzində saxlanılıb. Türk Akademiyasının “Qlobal Türk” adlanan jurnalında gənc diplomatların məqalələrinin çap olunması, eyni zamanda, Türk Akademiyası məzunlarının yazılarının AGDB-nin elektron jurnalaında çapı məsələləri razılaşdırılıb”.
AGDB-nin baş məsləhətçisi, siyasi elmlər doktoru, professor Elman Nəsirov tədbirdə qeyd edib ki, “Gənc Diplomatlar”ın Qazaxıstanı seçməsi mühüm əhəmiyyət daşıyır:
“Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2012-ci il sentyabr ayının 21-də xarici ölkələrdəki diplomatik korpus nümayəndəliklərinin rəhbərləri ilə keçirdiyi görüşdə də bu məsələni xüsusi vurğulayaraq diqqətə çatdırıb ki, bizim çoxtərəfli formatda əldə etdiyimiz nailiyyətlərdə ikitərəfli formatın mühüm rolu var. Bizim üçün bu format xüsusi prioritet təşkil edir. Bu il xarici ölkələrdəki diplomatik korpus nümayəndələri ilə keçirilən 5-ci müşavirədə də bu məsələ yenə öz aktuallığını saxladı. Azərbaycan dövlətinin xarici siyasət priroritetlərinin həyata keçirilməsində respublikamızın ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrinə xüsusi diqqət yetirildi və prosesdə müxtəlif təşkilatların, eyni zamanda, gənclər təşkilatlarının üzərinə mühüm vəzifə düşdüyü vurğulandı. Məsələyə bu konteksdən yanaşdıqda, Azərbaycan Gənc Diplomatlar Birliyinin bu məsələlərə xüsusi önəm verməsi təsadüfi sayılmamalıdır. Gənc diplomatların bu çərçivədə reallaşdırdığı ilk beynəlxalq tədbir də məhz elə həmin siyasətin fəlsəfəsinə xidmət göstərir. Bu nöqteyi- nəzərdən Qazaxıstan respublikasındakı gənclərlə görüşlərin keçirilməsi, ölkədəki beyin mərkəzləri və institutlarla təmasların qurulması təbiidir, anlaşılandır. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir. Qazaxıstan da, faktiki olaraq, Mərkəzi Asiya regionunun lider dövlətidir. Eyni zamanda, biz Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində çox sıx əlaqələr saxlayırıq. Ən başlıcası, xalqlarımız dostdurlar, prezident İlham Əliyevin Nursultan Nazarbayevlə şəxsi dostluq münasibətləri bir daha bizi əmin etdi ki, Qazaxıstanın gənclər təşkilatları ilə münasibətlər qurmaq daha böyük əhəmiyyət və aktuallıq kəsb edir. Hər iki dövlətin inkişaf etməkdə olan münasibətlərinə gənclər təşkilatlarının da özünəməxsus töhfə vermək imkanları, potensialı var. Niyə də bundan istifadə edilməsin”.
Tərəfdaş təşkilat olan Biznes Gənclər Şurası və Gənc Diplomatlar klubunun sədri Kayrbolat Sahmetov da nitqində bu kimi layihələrin ikitərəfli münasibətlərin inkişafında müsbət nəticələr verəcəyini diqqətə çatdırıb:
“Azərbaycan Gənc Diplomatlar Birliyinin müəllifi olduğu bu layihə hər iki ölkə üçün çox böyük əhəmiyyət kəsb edir. Bu kimi layihələrin davamlı olması, qazaxıstanlı gənclərlə daimi dialoqların qurulması və eləcə də, Gənclər Təşkilatları ilə əməkdaşlığın perspektivləri ikitərəfli münasibətlərin inkişafında da çox böyük müsbət nəticələr verəcək”.
Qeyd edək ki, konfrans çərçivəsində AGDB-nin sədri Rafət Əliyevin, Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimovun, Diasporla iş üzrə Dövlət Komitəsinin təmsilçisi Əbülfəz Şeydabəyovun, layihəyə maliyyə dəstəyi göstərən Prezident yanında Gənclər Fondunun təmsilçisi Orxan Ərəbovun çıxışında Azərbaycan- Qazaxıstan münasibətlərinin bugünkü vəziyyəti, perspetktivləri yer alıb. Hər iki ölkə gənclərinin bu prosesə töhfə vermək imkanlarının, kifayət qədər, geniş olduğu fikri və bundan istifadə etməyin vacibliyi vurğulanıb. Tədbir çərçivəsində, ilk növbədə, Azərbaycan- Qazaxıstan strateji tərəfdaşlıq əlaqələri baxımından, həm iqtisadi, həm də siyasi münasibətlərə xüsusi diqqət ayrılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info