Vaşinqtonda Azərbaycanın regiondakı lider rolu müzakirə edilib
Tarix: 08.10.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Dünya Ticarət Mərkəzi İnstitutunun təşkilatçılığı ilə Vaşinqtondakı tanınmış Ronald Reyqan Mərkəzində ABŞ hökuməti, Vaşinqtonda akkreditasiya olunmuş xarici ölkə diplomatları, habelə yerli iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən şirkət nümayəndələrinin iştirakı ilə “Səfirlik gecəsi” başlıqlı mötəbər tədbir təşkil olunub. Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, ənənəvi qaydada keçirilən tədbirin builki fokusu Cənubi Qafqazda, xüsusilə Azərbaycan, Gürcüstan və Türkiyədə biznes imkanlarına yönəldilib.
Tədbir çərçivəsində eyni zamanda ABŞ-Azərbaycan Ticarət Palatası (USACC), Azərbaycan İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ABŞ nümayəndəliyi və “Nobel Oil” şirkətinin təşkilatçılığı ilə “Şərq Qərblə görüşür: Türkiyə və Cənubi Qafqazda biznes imkanları” başlıqlı konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycanda mövcud biznes imkanları, o cümlədən ənənəvi və maliyyə yatırımları üçün böyük potensiala malik sahələr barədə danışıb. O, ölkə iqtisadiyyatında hasilat sənayesinin payının əhəmiyyətli olması ilə yanaşı, ölkənin qeyri-enerji sektorunun inkişafının da prioritet olduğuna diqqət çəkib. O, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan siyasətin əsasında “qara qızıl” kapitalını insan kapitalına çevirmək dayandığını bildirib.
Tədbir zamanı Azərbaycanın regional infrastruktur layihələrin reallaşdırılmasında, bununla regionun müxtəlif bizneslər üçün cəlbediciliyinin təmin edilməsində aparıcı rolu vurğulanıb. Qeyd edilib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı layihələri, müxtəlif karqo terminalların mövcudluğu ölkəni biznes nümayəndələri üçün əlverişli məntəqəyə çevirir. İstifadəyə verilməsi 2015-ci ilə gözlənilən BTQ xətti regional yükdaşımanı zamanlama və keyfiyyət baxımından növbəti mərhələyə çıxaracaq. Ələt limanına gəlincə isə limanın Xəzər hövzəsində yükdaşımaları təşviq edəcəyi vurğulanıb. Bu xüsusda regionda turizm və nəqliyyat infrastrukturunun inkişafında daha bir vacib məqam kimi “AZAL”ın bu ilin sentyabr ayından Nyu-York şəhərinə birbaşa uçuşlara başlaması göstərilib.
Daha sonra çıxış edən Cons Hopkins Universitetinin professoru Mamuka Sereteli Gürcüstanda iqtisadi və biznes mühiti barədə məlumat verib. O, Azərbaycanın Gürcüstan iqtisadiyyatında oynadığı roldan bəhs edərkən Azərbaycanı regionun dominant ölkəsi kimi xarakterizə edib. O, Azərbaycanın Gürcüstan üçün strateji əhəmiyyətinə diqqət çəkərək münasibətlərin inkişafının Gürcüstanın marağında olduğunu söyləyib.
Tədbirin davamında beynəlxalq ticarət məsələləri üzrə tanınmış mütəxəssis Ayşə Ögə çıxış edib. O, Türkiyədə biznes mühiti və qanunvericilik bazası barədə ümumi məlumat verib. Azərbaycanın Türkiyə ilə iqtisadi münasibətlərinə toxunan A. Ögə Azərbaycanın hazırda Türkiyədə ən böyük xarici investorlardan biri olduğunu deyib. Çıxışının sonunda Azərbaycanın regionda birləşdirici olduğuna diqqəti çəkən natiq bu münasibətlərin daha da genişləndirilməsi üçün daha çox imkanların mövcud olduğunu söyləyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info