“İŞİD”in uğurlarının səbəbi fransalı general imiş
Tarix: 08.10.2014 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Suriya və İraqda fəaliyyət göstərən “İŞİD” terror təşkilatında fransalı generalın olduğu ortaya çıxıb. Bu barədə Türkiyənin "Kanal7" telekanlı xəbər verib.
Məlumata əsasən, hələ ki, adı açıqlanmayan generalın ərəb əsilli olduğu və Fransa kəşfiyyatı ilə sıx əməkdaşlıq etdiyi bildirilir.
Məlumatda o da qeyd olunur ki, Suriyanın Rakka və Deyr əz-Zor, İraqın Mosul, Kərkük və Ramadi şəhərləri məhz bu generalın qurduğu döyüş taktikası ilə "“İŞİD”in nəzarətinə keçib.
Qeyd edək ki, "“İŞİD” 2003-cü ildə İraqda yaradılıb. 2004-2006-cı illərdə terror təşkilatına Əbu Musab əl-Zərqavi rəhbərlik edib. Təşkilatın tərkibinə "əl-Qaidə" terror təşkilatı ilə sıx əlaqəsi olan 11 radikal islamçı qruplaşma daxil idi.
Suriyada silahlı müxalifətlə hökumət qoşunları arasında hərbi toqquşmalar başladıqdan sonra terror təşkilatı 2013-cü ildə Suriyaya soxulub. Bundan sonra "İŞİD” "əl-Qaidə"nin andını qəbul etməkdən imtina etdiyini və bütün qruplaşmalara, eləcə də hökumət qoşunlarına "cihad" elan etdiyini bəyan edib.
“İŞİD”in Suriyada mövqelərinin möhkəmlənməsi onun İraqa qayıda bilməsinə gətirib çıxarıb.
İyunun 10-da “İŞİD” qruplaşmasının silahlıları İraqın Mosul şəhərini və bir neçə yaşayış məntəqəsini zəbt ediblər. İyunun 16-da isə yaraqlılar İraqın Təl-Afar şəhərinə nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terrorçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.
İyunun sonunda “İŞİD” İraqda və Suriyada nəzarəti altında olan ərazilərdə "İslam xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.
Oktyabrın 6-da Suriyanın Kobani şəhərinin “İŞİD”in nəzarətinə keçməsi ilə Türkiyə-Suriya sərhədinin böyük bir qisminə terrorçuların nəzarət etdiyi bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info