Argentina prezidentindən Obamaya sərt tənqid
Tarix: 08.10.2014 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


“Ərəb Baharı”nı başladaraq, radikal terrorçuları öz əlinizlə iqtidara gətirdiniz”

Uzun müddətdir ki Qərbin Şərq ölkələrində eləcə də dünyanın bir çox yerlərində sərgilədiyi anormal siyasəti tənqid olunur. Bu tənqidlər etiraz aksiyalarından tutmuş ən yüksək səviyyəyə-prezidentlərin çıxışlarına qədər özünü büruzə verir. Belə çıxışlardan biri də Argentina prezidenti Kristina Fernandezdən gəlib. Dünya artıq Argentina prezidenti Kristina Fernandezin BMT-dəki çıxışını müzakirə edir.
Fernandez ABŞ prezidenti Barak Obamanın da qatıldığı Birləşmiş Millətlər Təşkilatının toplantısında ABŞ-ın terrorla əlaqədar siyasətini sərt sözlərlə tənqid edərkən Obamanın Fernandezi düşüncəli şəkildə dinləməsi diqqət çəkib.
Türkiyə mətbuatının məlumatına görə, Fernandez çıxışında Papa Francisin sülh çağırışını düzgün olduğunu söyləyərək, ABŞ-ın ünvanına «terrorizm canavarını yaratdılar və bu canavar hazırda nəzarətdən çıxdı» deyib.
Argentina prezidenti, «keçən il burada toplandıqda Bəşər Əsəd hakimiyyətini terrorist kimi göstərib, ona qarşı edilənlərin inqilab olduğunu söyləyərək, dəstəklədiniz. İndi isə dünən «inqilabçı» dediyiniz radikal terrorçulara qarşı müharibə aparırsınız. “İŞİD” və “əl-Qaidə”nin əlindəki silahları kim verib? Böyük güclər çox asan şəkildə dost və düşmən anlayışını dəyişdirir. Terrorçular dost olur, dostlar isə terrorist. “Hizbullah”ı terrorçu təşkilatlar siyahısına qoymuşdunuz, amma sonradan Livanda böyük bir xalq dəstəyinə malik, hörmətli təşkilat olduğu aydınlaşdı. 1994-cü ildə Buenos Ayresdə İsrail səfirliyinə edilən bombalı hücumda İran barmağı axtardınız, ancaq elə olmadığı dəqiqləşdi. 11 Sentyabrdan sonra “əl-Qaidə” terroru adı ilə Əfqanıstan və İraqa müharibə açdınız, o ölkələr indi dünyanın ən ağır vəziyyətini yaşayır. «Ərəb Baharı»nı Tunis, Liviya və Misirdə başladaraq, radikal terrorçuları öz əlinizlə orada iqtidara gətirdiniz. Bölgə xalqlarının azadlıqlarını qəsb etdiniz. Bu gün burada “İŞİD”ə qarşı BMT qərarı çıxarmaq üçün toplandıq, halbuki “İŞİD”in bəzi BMT Təhlükəsizlik Şurası ölkələrinin himayəsi altında yaradılıb, bəsləndiyini hər kəs görür» sözləri ilə ABŞ siyasətini açıq şəkildə tənqid edib.
Qeyd edək ki, dünən də Argentina prezidenti açıqlama verərək, ABŞ hökumətinin onu devirmək, hətta öldürmək istədiyi barədə sensasion açıqlama ilə çıxış edib. Argentinadakı ətrafının da hökuməti devirmək üçün planlar qurduğunu vurğulayan prezident, ABŞ-ın ona qarşı sui-qəsd hazırladığını dilə gətirib: «Əgər mənə bir şey olarsa, Orta Şərqə deyil, Qərbə baxın».
Tural




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Silahlılar Suriyanın iki vilayətini atəşə tutub
15.06.2019
Sudanın sabiq prezidenti məhkəmə qarşısına çıxacaq
15.06.2019
“Taliban” hərəkatına zərbə: azı 10 silahlı öldürülüb, 6-sı yaralanıb
15.06.2019
Tramp: seçkilərdə qalib gəlmədiyim halda bazar çökəcək
15.06.2019
Somalidə partlayış nəticəsində 8 nəfər həlak olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info