Elektron hökumət portalının artıq 500-dən çox qəbul olunmuş xidmətlərinin 400-ü istifadəyə verilib
Tarix: 08.10.2014 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Astanada 3-cü Qlobal Elektron Hökumət Forumu işini davam etdirir. 70 ölkədən 300-ə yaxın ekspert, alim və dövlət xadiminin qatıldığı tədbirdə Azərbaycanı rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov təmsil edirlər. "Davamlı inkişaf üçün ağıllı idarəetmə: şəbəkə cəmiyyətində əməkdaşlığın yeni imkanları” forumun əsas mövzusudur. Forumda "Ağıllı hökumətin tendensiyaları və yaranan problemləri", "Dövlət xidmətlərinə çoxkanallı girişin təminatı ", "Dövlət idarəçiliyinə əhalinin cəlb edilməsi" və "Rəqəmli bərabərsizliyin ixtisarı" mövzularında sessiyaların da keçirilməsi nəzərdə tutulur.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, BMT-nin təşkilatçılığı ilə keçirilən 3-cü Qlobal Elektron Hökumət Forumunda dünya üzrə elektron hökumətin inkişafı sahəsində əldə olunan nailiyyətlər, mövcud vəziyyət və problemlər müzakirə edilir, yeni baxışlar ortaya qoyulur, inkişaf perspektivləri müəyyənləşdirilir, ölkələr öz təcrübələrini bir-biri ilə bölüşürlər. Bu baxımdan Azərbaycanın forumda iştirakı böyük əhəmiyyət kəsb edir”.
“Elektron imkanlarının inkişaf etdirilməsi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən Elmir Vəlizadə Azərbaycanda bu sahədə görülən işlər barədə geniş məlumat verdi. Vurğuladı ki, mərkəzi icra hakimiyyəti orqanları Azərbaycan elektron hökumət portalının artıq 500-dən çox qəbul olunmuş xidmətlərinin 400-nü istifadəyə veriblər. “Dəyirmi masa”da səslənən bu və digər məlumatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
İştirakçı dövlətlərin nazirlər toplantısında da çıxış edən Elmir Vəlizadə Azərbaycan modeli ilə bağlı məlumat verərək, ölkəmizin son 10 ildə bu sahədə mühüm nailiyyətlər əldə etdiyini bildirdi. Qeyd etdi ki, BMT-nin elektron hökumət üzrə son hesabatında Azərbaycan 28 pillə irəliləyərək 193 ölkə arasında 68-ci yerdə qərarlaşıb. Azərbaycan peykinin orbitə çıxarılması qazanılan nailiyyətlər arasında xüsusi yer tutur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info