“Biz hərbi sursatları terror təşkilatlarının əlində görmək istəmirik”
Tarix: 08.10.2014 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


ABŞ öz hərbi sursatlarını terror təşkilatlarının əlində görmək istəmir. ABŞ Dövlət Departamentinin saytında yer alan məlumata görə, bunu Departamentin sözçüsü Cen Psaki bildirib.
ABŞ-ın "İŞİD" terror təşkilatına qarşı həyata keçirdiyi hava zərbələri nəticəsində sözügedən terror təşkilatının məhv edilən hərbi sursatlarının - silahların və tankların Amerika istehsalı olub-olmaması ilə bağlı suala cavabında Departamentin rəsmisi qeyd edib: “Mən silahların mənşəyi ilə bağlı detalları bilmirəm. Biz hərbi sursatları terror təşkilatlarının əlində görmək istəmirik”.
Qeyd edək ki, ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələri "İŞİD" yaraqlılarının mövqelərinə hava zərbələri endirirlər. ABŞ Hərbi Hava Qüvvələri ilə yanaşı, hərbi uçuşlar İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təyyarələri yerinə yetiriblər. Bu zaman qırıcı və bombardmançı təyyarələri ilə yanaşı pilotsuz uçuş aparatları da istifadə olunub.
ABŞ İraqda və Suriyada fəaliyyət göstərən terrorçu qruplar və "İŞİD" ilə mübarizəyə bu vaxta qədər 1,1 milyard dollar xərclədiyini açıqlayıb. Məlumata əsasən, bu vaxta qədər hər iki ölkədə terrorçu qrupların hədəflərinə İraqda ümumilikdə 266, Suriyada isə 95 zərbə endirilib. Hava zərbələrinin endirilməsi ABŞ hökumətinə 62 milyon dollara başa gəlib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info