“AzərTAc” haqqında məqalə İtaliya mətbuatında
Tarix: 08.10.2014 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


İtaliya mətbuatında AGİ agentliyinin baş icraçı direktoru Gianni di Ciovanninin Azərbaycana səfəri çərçivəsində “AzərTAc”ın baş direktoru Aslan Aslanovla keçirdiyi görüşlə bağlı yazılar yerləşdirib.
“AzərTAc”ın xəbərinə görə, görüşdə müzakirə olunan məsələlərə dair ətraflı məlumatların yer aldığı yazılarda bildirilir ki, son illərdə müxtəlif sahələrdə Azərbaycan-İtaliya əlaqələrinin genişləndirilməsində hər iki ölkənin media qurumları körpü rolunu oynayır. Bu mövzu, həmçinin iki agentlik arasında tərəfdaşlığın inkişaf etdirilməsi IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Gianni di Ciovanni ilə keçirilən görüşdə diqqət mərkəzində olub.
Yazılarda AGİ agentliyinin baş icraçı direktorunun bu fikirləri də yer alıb: “Əminəm ki, agentliklərimizin qarşılıqlı fəaliyyəti İtaliya ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar mübadilələrin daha da genişlənməsinə töhfə verəcək”. Gianni di Ciovanni Bakı Beynəlxalq Humanitar Forumunun ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsində mühüm rolunu da diqqətə çatdırıb.
Aslan Aslanov görüş zamanı iki agentlik arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğu, 2016-cı ildə Bakıda eyni vaxtda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin keçiriləcəyi və 2019-cu ilədək bu qurumlara “AzərTAc”ın rəhbərlik edəcəyi barədə məlumat verib. Bu və digər məlumatların əks olunduğu yazılarda vurğulanır ki, görüşdə ölkələrimiz arasında mədəni əməkdaşlığın dərinləşməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm rolu xüsusi qeyd olunub. Bildirilib ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Roma katakombalarının bərpası, Kapitolini Muzeyinin “Filosoflar zalı”nda aparılan təmir işləri, ümumiyyətlə, Fondun İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət kəsb edir.

Məqalələrin tam mətnlərini aşağıdakı linklərdə oxumaq olar:

http://www.agi.it/estero/notizie/azerbaigian_agi_a_forum_baku_rafforza_partnership_con_azertac-201410031302-est-rt10089

http://www.blitzquotidiano.it/media/gianni-di-giovanni-agi-agenzie-di-stampa-guida-del-cambiamento-in-era-digitale-1988260/

http://www.repubblica.it/ultimora/24ore/azerbaigian-agi-a-baku-rafforza-partnership-con-azertac/news-dettaglio/4548054

http://www.affaritaliani.it/mediatech/agi-azertac031014.html




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info