Nyu-Yorkda “Azərbaycan Evi”nin açılışı olub
Tarix: 08.10.2014 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Azərbaycan Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabovanın rəhbərliyi ilə ABŞ-ın Nyu-York şəhərinin Bruklin səmtində “Azərbaycan Evi” (“Azerbaijan House”) fəaliyyətə başlayıb.
“Azərbaycan Evi”nin açılış mərasimində Nyu-Yorkdakı Azərbaycan, türk, yəhudi cəmiyyətlərinin təmsilçiləri, Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri Emil Səfərov, Vüsalə Muradəliyeva, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təmsilçisi Fərid Cəbrayılov və digərləri iştirak edib.
Açılış mərasimdə çıxış edən Azərbaycan Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova “Azərbaycan Evi”ni azərbaycanlılar, eləcə də digər türkdilli xalqların toplaşacağı mədəniyyət mərkəzinə çevirmək niyyətində olduğunu bildirib: “Bizim məqsədimiz Nyu-Yorkda, əsasən də Bruklində yaşayan azərbaycanlılar, digər türkdilli icmalarının nümayəndələri, həmçinin Azərbaycan yəhudiləri arasında əlaqələrin möhkəmlənməsini təmin etmək, onların Vətən həsrətini paylaşması üçün şərait yaratmaq, eləcə də milli adət-ənənələrimizi yaşatmaqdır”.
Münəvvər Vahabova hesab edir ki, burada yaradılmış Azərbaycan ab-havası nəinki azərbaycanlıları, eyni zamanda Bruklindəki Azərbaycan yəhudilərini, ruslarını cəlb edəcək. Təşkilat rəhbəri deyib ki, “Azərbaycan Evi”ndə milli mətbəximizin əvəzolunmaz təamlarının təqdim edilməsi Azərbaycan mədəniyyətini ABŞ-da tanıtmaq istiqamətində müəyyən rol oynaya bilər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info